Qaynar xətt:

(+99450) 247 90 86

Martın 8-də hava pisləşəcək - Xəbərdarlıq

2019-03/1551871487_hhh-1.jpg

CƏMİYYƏT

778

06.03.2019, 15:23

\"\"  Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava ilə bağlı xəbərdarlıq yayıb.
Milli Hidrometeorologiya Departamentindən verilən  məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 7-si günün ikinci yarısından, martın 08-i axşamadək şimal-qərb küləyinin sürətinin 15-20 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir 23-27 m/s-dək güclənəcəyi gözlənilir. Temperatur ötən günlə müqayisədə 2-4 dərəcə aşağı enəcək. Azərbaycanın rayonlarında martın 7-si axşama doğru, martın 8-də hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyinin sürəti arabir 15-20 m/s olacaq, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperatur ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.