Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10602
az

Lalə Məmmədovadan Prezidentə şok müraciət:"Yoxsa efirlərə qadağa qoyarlar, konsertlərə həsrət qalarıq"

10:4506 Mart, 2019
1733
CƏMİYYƏT
  • A
 
“Əziz prezidentim, görkəmli incəsənət xadimlərimizlə sonuncu görüşünüz, yaşanan problemlər və onların aradan qaldırılması yolunda gördüyünüz işlər ürəkaçan və təqdirəlayiqdir. Ümid edirəm ki, gələn görüşdə mənə də imkan yaranar, mən də milli estrada sahəsi və bu sahədə fəaliyyət göstərən müğənnilərin yaşadıqları problemlər barədə sizə danışaram”.

Oxu24.com  xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova sosial şəbəkədə paylaşıb. Müğənni milli estrada sahəsində yaranan problemləri sadalayıb:

“Təəssüf ki, biz sənətçilər etdiyimiz çıxışlara və iştirak etdiyimiz konsertlərə görə, heç bir qonorar almırıq (solisti olduğum AzTV istisnadır). İstər televiziya, istər radio, istər Bakı, istərsə də, rayonlarda açıq hava və qapalı konsertlərdən… Halbuki bu çıxışlara görə bizə az da olsa qonorar yazılır.  Kimlərin cibinə və harasa gedən bu pullar haqda kimsə nəsə bilsə də, heç kəs heç nə deyə bilmir.

Səsimizi çıxarıb bir söz deyəndə, dediklərindən belə çıxır ki, hələ minnətimiz olsun ki, bizi efirlərə, konsertlərə buraxırlar. Yoxsa efirlərə qadağa qoyarlar, konsertlərə həsrət qalarıq. Əsl yaradıcılığı olan sənətçi efir vaxtını səmərəli şəkildə doldurduğu üçün qonorar almalıdır. Bunu hər kəs bilir, sadəcə heç bir sənətçi indiyədək açıq şəkildə danışmayıb. Bu gün bunu mən deyirəm, biz sənətçilər toyun ümidi ilə yaşamamalıyıq.

Biz öz sənətimizlə az da olsa, zəhmətimizlə haqqımıza çatanı tələb edirik, başqasının zəhmətində isə gözümüz yoxdur. Axı sənətçi başqa sənətlə məşğul ola bilmir. Məgər bütün müğənnilər toya gedib pul qazana bilir? Qazananlar da bir külfət ailə dolandırır. Bu gün milli estrada sahəsində də bu cür çirkin oyunlar oynanılır.

Cənab prezident, vitse–prezident! Sizin ölkəmiz naminə gördüyünüz hər bir uğurlu iş bizim gələcəyimiz üçündür. Bunu anlayır və sizi dəstəkləyirik. Ümid edirik ki, sadaladığımız bu problemlər sizini nəzərinizdən qaçmayacaq, digər incəsənət məsələləri kimi bunun da həlli sizin sayəizdə yolunu tapacaq”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama
Kirayə yaşayanlara şad xəbər: Gələn aydan öz eviniz olacaq
Bakıda bu aparat hamıya PUL PAYLAYIR - Qarşısında uzun növbələr

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ