Qaynar xətt:

(+99450) 247 90 86

Şəmkirdən dəhşətli xəbər: Evin damından meyiti tapıldı

Şəmkirdən dəhşətli xəbər: Evin damından meyiti tapıldı

CƏMİYYƏT

323

09.04.2024, 14:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəmkir rayonunun Dəllər qəsəbəsində ikimərtəbəli yaşayış binasının damında meyit tapılıb.

 

Bu barədə Oxu24.com-a  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonu, Dəllər qəsəbəsində ikimərtəbəli yaşayış binasının damında ölən 1 nəfərin meyitinin düşürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

 

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit binanın damından düşürülərək aidiyyəti üzrə təhvil verilib.