Bu rayonda su olmayacaq
17 Sentyabr 2026, 21:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
335
09.04.2024, 14:55
Aprelin 10-da Azərbaycanda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Oxu24.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-12° isti, gündüz 14-19° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-12° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.
Qeyd edık ki, sabah Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.
21:24 / 17 Sentyabr 2026
1
20:35 / 17 Sentyabr 2026
62
20:30 / 17 Sentyabr 2026
52
20:26 / 17 Sentyabr 2026
57
20:17 / 17 Sentyabr 2026
59
20:07 / 17 Sentyabr 2026
61
19:56 / 17 Sentyabr 2026
737
19:50 / 17 Sentyabr 2026
79
19:49 / 17 Sentyabr 2026
67
19:45 / 17 Sentyabr 2026
178
19:35 / 17 Sentyabr 2026
91
19:30 / 17 Sentyabr 2026
76
19:30 / 17 Sentyabr 2026
283
19:25 / 17 Sentyabr 2026
73
19:23 / 17 Sentyabr 2026
75
19:15 / 17 Sentyabr 2026
73
19:10 / 17 Sentyabr 2026
71
19:00 / 17 Sentyabr 2026
84
19:00 / 17 Sentyabr 2026
198
18:51 / 17 Sentyabr 2026
237
18:45 / 17 Sentyabr 2026
2502
18:32 / 17 Sentyabr 2026
52
18:30 / 17 Sentyabr 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.