Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105832
az

Azərbaycanda qar yağdı  - PROQNOZ

09:5409 Aprel, 2024
192
CƏMİYYƏT
  • A
Aprelin 9-u saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb. Bu barədə Oxu24.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, qar örtüyünün hündürlüyü Şahdağda 33 sm olub. Düşən yağıntının miqdarı Beyləqanda 12 mm, Göyçay, Zərdab, İmişlidə 10 mm, Qrız, Yevlax, Sabirabad, Oğuz, Cəfərxan, Biləsuvar, Kürdəmir, Mingəçevir, Qəbələ, Lerik, Tərtər, Xaltan, Şəki, Naftalan, Qax, Ağdam, Ağstafa, Yardımlı, Altıağac, Quba, Ordubad, Neftçala, Şabran, Qusar, Lənkəran, Qobustan, Zaqatala, Balakən, Ceyrançöl, Tovuz, Gəncə, Şahbuz, Bərdə, Astara, Şamaxı, Şəmkir, Sədərək, Şərur, Naxçıvanda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 3 mm-dək olub. Daşkəsən, Şəmkir, Şəki, Qax, Göygöl, Şamaxı, Qrız, Neftçala, Yardımlı, Tərtər, Göyçay, Göygöl, Balakən, Qəbələ, Lerik, Sumqayıtda duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 13 dərəcəyədək, Naxçıvan MR-da 13 dərəcəyədək, Aran rayonlarında 15 dərəcəyədək, dağlıq rayonlarda 6 dərəcəyədək isti olub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda aktyor vəfat etdi - Foto
Əsədin həyat yoldaşı Rusiyada xərçəngdən müalicə alır
Günəşdə güclü partlayışlar oldu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ