Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105764
az

Dövlət Komitəsinə sədr təyin edilən Ramin Məmmədov kimdir? - DOSYE

12:4508 Aprel, 2024
117
CƏMİYYƏT
  • A

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ramin Ələmşah oğlu Məmmədovun Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

OXU24.COM Trend-ə istinadən yeni təyin olunan sədrin dosyesini təqdim edir:

Ramin Məmmədov 1979-cu il fevralın 17-də Ağdərə şəhərində anadan olub.

Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini, eləcə də, Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsini bitirib. "Dövlət qulluğunda fərqlənməyə görə" və "Tərəqqi" medalları ilə təltif edilib. İngilis və rus dillərini bilir.

2001-ci ildən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində mütəxəssis, 2002-ci ildən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində mütəxəssis, sədrin köməkçisi, şöbə müdiri işləyib, 2008-2009-cu illərdə "Avrositi Holdinq"in vitse-prezidenti, 2009-2020-ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsində sədrin köməkçisi, Aparat rəhbərinin müavini, sədrin müavini vəzifələrində çalışıb.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Bolqarıstan, Çin, Fransa, İsrail, İtaliya, Koreya, Serbiya, parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.

Milli Məclisin deputatı Ramin Məmmədov ötən il Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.

Evlidir, 1 övladı var.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Validə Abbasova transparan geyimdə -FOTOLAR
Vətəndaşların nəzərinə: bu ərazidə su olmayacaq
Ukraynaya 4,2 milyard avro dəyərində yeni yardım

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Polis 80-ə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirən şəxsləri saxladı - VİDEO