Qaynar xətt:

(+99450) 247 90 86

Konqo Respublikasının Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Konqo Respublikasının Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

CƏMİYYƏT

376

05.04.2024, 21:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 5-də başa çatıb.

OXU24.COM  AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Konqo Respublikasının Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola saldılar.