7 saatdan az yuxu yüksək təzyiq riskini artırır.
OXU24.COM xəbər verir ki, bu barədə araşdırmanın ilkin nəticələri 7 saatdan az yatmağın yüksək təzyiq riskinin 7 faiz artırdığını ortaya çıxarıb.
6 fərqli ölkədən 1 milyondan çox insanın məlumatlarını təhlil edən araşdırma, 5 saatdan az yuxu ilə bu ehtimalın 11 faizə yüksəldiyini göstərib.Tədqiqat qrupu yuxu müddəti ilə yüksək qan təzyiqi arasındakı əlaqədə yaşa bağlı heç bir fərqin aşkar edilmədiyini bildirib.
ABŞ-də Amerika Kardiologiya Kollecinin İllik Elmi Sessiyasında təqdim edilən ilkin nəticələr də göstərib ki, qadınlarda bu narahatlıq riski kişilərə nisbətən 7 faiz yüksəkdir.
Qeyd edək ki, tədqiqatda məlumatları araşdırılan insanlar tədqiqatın əvvəlində yüksək təzyiqə malik olmayıblar və orta hesabla 5 il izləniliblər. Tədqiqatçılar yuxu ilə əlaqəli tənəffüs pozğunluqları kimi halların ürək-damar xəstəlikləri ilə əlaqələndirildiyi üçün insanlara yuxu rejimləri barədə tibb işçiləri ilə məsləhətləşməyi tövsiyə ediblər.
Oxu24.com
ŞƏRHLƏR