Təqaüdçülərin diqqətinə
17 Sentyabr 2026, 23:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
484
05.04.2024, 10:43
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza maliyyə qurumları ilə əməkdaşlıq çərçivəsini genişləndirməyə davam edir.
“SİMA İmza” ilə xidmətlərini rəqəmsallaşdıran növbəti maliyyə qurumu “Azər-Türk Bank” (ATB) olub.
Artıq vətəndaşlar ATB-nin debet kartlarını yeni nəsil rəqəmsal imza vasitəsilə banka getmədən və heç bir sənəd təqdim etmədən onlayn şəkildə sifariş edə bilərlər.
Bunun üçün “atb360” mobil tətbiqində müraciət yaradıb, daha sonra müraciəti SİMA yeni nəsil rəqəmsal imza ilə onlayn şəkildə imzalamaq kifayətdir. Vətəndaşlar kartı götürmək istədiyi filialı özləri seçə bilərlər.
Qeyd edək ki, kart sifarişi pulsuzdur və qeyri-iş günləri də daxil olmaqla, günün istənilən saatında həyata keçirmək mümkündür. Müştərilər kartın hazırlanma statusunu tətbiq üzərindən izləyə bilərlər.
“SİMA İmza” ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, xidmət göstərənlərin iş yükü və xərcləri azalır. Azərbaycan vətəndaşları, fərdi sahibkarlar və Azərbaycanda qanuni əsaslarla yaşayan əcnəbilər olduqları yerdən elektron xidmətlərdən yararlanırlar.
Həmçinin “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirəcək.
Mobil tətbiqi yükləməklə əldə olunan “SİMA İmza” vətəndaşlar üçün tam pulsuzdur. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
04:19 / 18 Sentyabr 2026
1
04:18 / 18 Sentyabr 2026
5
23:58 / 17 Sentyabr 2026
91
23:48 / 17 Sentyabr 2026
75
23:46 / 17 Sentyabr 2026
156
23:38 / 17 Sentyabr 2026
218
23:33 / 17 Sentyabr 2026
76
23:20 / 17 Sentyabr 2026
79
23:10 / 17 Sentyabr 2026
93
22:42 / 17 Sentyabr 2026
96
22:29 / 17 Sentyabr 2026
80
22:17 / 17 Sentyabr 2026
86
22:15 / 17 Sentyabr 2026
275
21:59 / 17 Sentyabr 2026
95
21:46 / 17 Sentyabr 2026
171
21:39 / 17 Sentyabr 2026
114
21:27 / 17 Sentyabr 2026
358
21:24 / 17 Sentyabr 2026
165
20:35 / 17 Sentyabr 2026
218
20:30 / 17 Sentyabr 2026
78
20:26 / 17 Sentyabr 2026
83
20:17 / 17 Sentyabr 2026
80
20:07 / 17 Sentyabr 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.