Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102210
az

Sumqayıt sakinini 8 canavar parçaladı - FOTO

22:3505 Fevral, 2024
174
CƏMİYYƏT
  • A

Rusiya ərazisində, Kalmıkiya Respublikasının paytaxtı Elista şəhərinin 40 kilometrliyində faciə ilə bitən qorxunc hadisə baş verib. Belə ki, işləmək üçün Kalmıkiya Respublikasına yollanan Sumqayıt şəhər sakinini yolda canavar parçalayıb.

OXU24.COM  xəbər verir ki, məlumatlı şəxs Moderator.az-a bildirib ki, hadisə gecə saatlarında baş verib.

"O şəxs işə yeni başlamışdı, ilk reysi idi. Maşını yolda saxlayıb, ayaqyoluna gedib. Üstündən 30 saniyə keçməyib ki, qışqırıq səsləri gəlib.

 
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.
 

 

Hava o gün çox dumanlı olub. Qaça-qaça maşına tərəf gəlib, yerə yıxılıb. Digər maşında olan iş yoldaşı elə bilib ki, hürən çoban itləridir.

Canavarlar onu gəmirə-gəmirə maşından uzağa aparıblar. Həmin şəxs qorxudan maşından aşağı düşməyib. Aidiyyatı orqanlara zəng edib, üstündən 1 saat keçməsinə baxmayaraq gəlib canavarların hamısını öldürüblər. Hadisə Elista şəhərinin 40 kilometrliyində baş verib" deyə sayta bildirilib.

Canavarların parçaladığı şəxsin Sumqayıt şəhər sakini olduğu bildirilir.

 

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kupman Azərbaycana gələcək
Qeyri-qanuni nikahlar hansı fəsadlara yol açır? - VİDEO
“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL