Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib
27 May 2026, 16:41
Qaynar xətt:
(+99450) 247 90 86
WUF13
443
21.05.2026, 10:16
Bu gün Azərbaycan regionun ən böyük yenidənqurma və qayıdış proqramlarından birini həyata keçirir.
Oxu24.com xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov WUF13 çərçivəsində keçirilən “Böhrandan sonra bərpa və yenidənqurmanın mərkəzində mənzil məsələsi” adlı tədbirdəki çıxışında deyib.
Emin Hüseynov deyib ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında şəhər və kəndlər sıfırdan yenidən qurulur: "Bu proses uzunmüddətli davamlılıq, inklüzivlik və dayanıqlılıq prinsiplərinə əsaslanır. Yanaşmamız bir əsas prinsipə söykənir: mənzil ilk yerdə olmalıdır. Çünki mənzil insanlara ləyaqət, sabitlik və etibar hissini qaytarır.
Ailələr təhlükəsiz evlərə qayıtdıqda məktəblər yenidən açılır, yerli iqtisadiyyat canlanır, sosial əlaqələr bərpa olunur və icmalar gələcəyə inamını qazanır. Artıq xeyli sayda keçmiş məcburi köçkün yenidən qurulmuş yaşayış məntəqələrinə qayıdıb və yaxın illərdə daha çox insanın geri dönməsi gözlənilir. Yeni yaşayış massivləri, məktəblər, səhiyyə müəssisələri və ictimai xidmətlər normal həyatın bərpası istiqamətində fəaliyyətə başlayır. Eyni zamanda, yenidənqurma keçmişin zəifliklərini təkrarlamamalıdır. Biz daha yaxşı, daha ağıllı və daha dayanıqlı şəhər sistemləri qurmalıyıq. Məhz buna görə Azərbaycan yenidənqurma prosesinə müasir şəhərsalma, yaşıl enerji, rəqəmsal idarəetmə və dayanıqlı infrastruktur inteqrasiya edir”.
O əlavə edib ki, “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları vasitəsilə Ağdam, Füzuli və Xocavənd rayonlarında texnologiyaya əsaslanan və dayanıqlı icmalar formalaşdırılır. Artıq bir sıra kəndlər qabaqcıl nümunələr kimi çıxış edir.
Həmçinin bu layihələrin bərpa olunan enerji həllərini, yüksək sürətli rəqəmsal bağlantını, o cümlədən fiber-optik internet infrastrukturunu, müasir sosial infrastrukturu və ekoloji məsuliyyətli şəhər planlamasını özündə birləşdirdiyi qeyd olunub:
“Günəş enerjisi və milli elektrik şəbəkəsinə əsaslanan hibrid enerji sistemləri, həmçinin ikitərəfli elektrik sayğacları Azərbaycanda ilk dəfə tətbiq olunur. Biz həmçinin yüzlərlə fərdi qazanxana sistemini daha təhlükəsiz və enerji baxımından səmərəli mərkəzləşdirilmiş istilik sistemləri ilə əvəz edən innovativ həllər tətbiq edirik.
Sakinlər istiliyi müstəqil şəkildə tənzimləyə və yalnız faktiki istifadə etdikləri enerji üçün ödəniş edə bilirlər. Bu isə enerji itkisini və CO2 emissiyalarını əhəmiyyətli dərəcədə azaldır”.
13:55 / 07 İyul 2026
1
13:52 / 07 İyul 2026
3
13:45 / 07 İyul 2026
18
13:40 / 07 İyul 2026
39
13:36 / 07 İyul 2026
44
13:29 / 07 İyul 2026
46
13:23 / 07 İyul 2026
44
13:15 / 07 İyul 2026
56
13:10 / 07 İyul 2026
535
12:54 / 07 İyul 2026
196
12:53 / 07 İyul 2026
64
12:42 / 07 İyul 2026
70
12:31 / 07 İyul 2026
341
12:25 / 07 İyul 2026
70
12:18 / 07 İyul 2026
137
12:00 / 07 İyul 2026
1036
11:58 / 07 İyul 2026
81
11:52 / 07 İyul 2026
209
11:51 / 07 İyul 2026
65
11:33 / 07 İyul 2026
84
11:22 / 07 İyul 2026
117
11:10 / 07 İyul 2026
89
11:09 / 07 İyul 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.