Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib
27 May 2026, 16:41
Qaynar xətt:
(+99450) 247 90 86
TƏHSİL
853
20.05.2026, 14:01
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Şəhər-sənaye-iqlim qarşılıqlı əlaqəsində mənzil və binaların karbonsuzlaşdırılması" adlı tədbir keçirilib.
Oxu24.com-un məlumatına görə, tədbirdə Azərbaycan Milli Məclisinin deputatı Pərvanə Vəliyeva, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Azərbaycanda fəaliyyət göstərən Təmiz Enerji Mərkəzinin (CECECO) icraçı direktoru Aysel Yaqubova, Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatının (UNIDO) Enerji Sistemləri və Sənayenin Dekarbonizasiyası Şöbəsinin rəhbəri Rikkardo Savilyano və digər qonaqlar iştirak ediblər.
Tədbirdə karbon emissiyalarının azaldılması, ekoloji cəhətdən uyğun şəhərlərin salınması, dekarbonizasiyaya töhfə vermək, bunun vasitəsilə dayanıqlı qlobal şəhərsalma layihələrini təkmilləşdirmək istiqamətində həyata keçirilən layihələr haqqında danışılıb.
Bildirilib ki, tikinti sektoru qlobal karbon emissiyalarının təxminən 37 %-ni əhatə edir. Qeyd edilib ki, binaların ilkin mərhələsindəki addımlar onların dekarbonizasiyasına töhfə verir.
Azərbaycan Milli Məclisinin deputatı Pərvanə Vəliyeva Azərbaycanda ekoloji cəhətdən uyğun şəhərsalmadan, Azərbaycanın azad edilmiş ərazilərdəki yenidənqurma işlərindən və ölkədə "yaşıl enerji"yə keçidə verilən töhfədən danışıb.
O, həmçinin vurğulayıb ki, Azərbaycanın Ermənistanla sülh şəraitində yaşaması turizmin inkişafına şərait yaradır.
BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) Enerji Sistemləri və Sənayenin Dekarbonizasiyası Şöbəsinin rəhbəri Rikkardo Savilyano tədbirin təşkilinə görə Azərbaycana təşəkkür edib. O deyib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası birliyi ilə əməkdaşlıq, hazırda Ümumdünya Şəhərsalma Forumu, COP29 çərçivəsindəki fəaliyyətlər və UN-Habitat (BMT-nin İnsan Məskənləri Proqramı) ilə əməkdaşlıq - bütün bunlar Azərbaycan hökumətinin bu işə sadiqliyinin göstəricisidir.
16:07 / 11 Noyabr 2026
50
16:04 / 11 Noyabr 2026
92
16:01 / 11 Noyabr 2026
73
16:00 / 11 Noyabr 2026
49
15:50 / 11 Noyabr 2026
64
15:50 / 11 Noyabr 2026
60
15:40 / 11 Noyabr 2026
63
15:31 / 11 Noyabr 2026
257
15:27 / 11 Noyabr 2026
483
15:13 / 11 Noyabr 2026
101
15:07 / 11 Noyabr 2026
149
14:51 / 11 Noyabr 2026
111
14:43 / 11 Noyabr 2026
170
14:39 / 11 Noyabr 2026
182
14:36 / 11 Noyabr 2026
106
14:26 / 11 Noyabr 2026
269
14:13 / 11 Noyabr 2026
804
13:58 / 11 Noyabr 2026
292
13:54 / 11 Noyabr 2026
570
13:48 / 11 Noyabr 2026
158
13:44 / 11 Noyabr 2026
231
13:41 / 11 Noyabr 2026
122
13:33 / 11 Noyabr 2026
294
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.