Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib
27 May 2026, 16:41
Qaynar xətt:
(+99450) 247 90 86
TƏHSİL
594
20.05.2026, 13:52
Kanadada əlçatan mənzil problemini həll etmək üçün 1 trilyon ABŞ dolları vəsait lazımdır.
Oxu24.com xəbər verir ki, bunu Kanada İpoteka və Mənzil Korporasiyasının (CHMC) siyasət üzrə vitse-prezidenti Lindsi Nili Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Biznes Dəyirimi Masasında deyib.
L. Nili ipoteka krediti sığortası və sekuritizasiya proqramlarının ev sahibliyinə çıxışı təmin etməkdə mühüm rol oynadığını bildirib: "Xüsusilə ipoteka krediti sığortası özəl investisiyalara yol açmaq üçün mühüm bir riskazaltma vasitəsi rolunu oynayır. Belə ki, CMHC sığortaçı qismində zərərlərə qarşı tam təminat verir. Bu isə borcverənlərə potensial ev alıcılarına, çoxmənzilli yaşayış binalarının tikintisi ilə məşğul olan tərtibatçılara ipoteka kreditləri təqdim etməyə və ümumilikdə borclanma xərclərinin azaldılmasına kömək edir".
Təşkilat rəsmisi Kanadanın qarşılaşdığı mənzil əlçatanlığı böhranının miqyasını rəqəmlərlə diqqətə çatdırıb: "Bu boşluğu doldurmaq üçün kifayət qədər dövlət vəsaiti sadəcə olaraq yoxdur. Hesablamalarımıza görə, Kanadada bu rəqəm təxminən 1 trilyon dollara yaxındır. Ölkədə mənzil əlçatanlığını bərpa etmək üçün 2035-ci ilə qədər hər il 430 min ilə 480 min arasında yeni mənzil vahidinin tikilməsi tələb olunur. İnvestorlar və inşaatçılar üçün müəyyənlik, proqnozlaşdırıla bilən mühit lazımdır. Özəl kapitalın mənzil sektoruna cəlb edilməsi sabit bazar şərtləri və layihələrin həyata keçirilə biləcəyinə, həmçinin uzunmüddətli perspektivdə səmərəli olacağına dair inam tələb edir".
16:07 / 11 Noyabr 2026
50
16:04 / 11 Noyabr 2026
92
16:01 / 11 Noyabr 2026
73
16:00 / 11 Noyabr 2026
49
15:50 / 11 Noyabr 2026
64
15:50 / 11 Noyabr 2026
60
15:40 / 11 Noyabr 2026
63
15:31 / 11 Noyabr 2026
257
15:27 / 11 Noyabr 2026
483
15:13 / 11 Noyabr 2026
101
15:07 / 11 Noyabr 2026
149
14:51 / 11 Noyabr 2026
111
14:43 / 11 Noyabr 2026
170
14:39 / 11 Noyabr 2026
182
14:36 / 11 Noyabr 2026
106
14:26 / 11 Noyabr 2026
269
14:13 / 11 Noyabr 2026
804
13:58 / 11 Noyabr 2026
292
13:54 / 11 Noyabr 2026
570
13:48 / 11 Noyabr 2026
158
13:44 / 11 Noyabr 2026
231
13:41 / 11 Noyabr 2026
122
13:33 / 11 Noyabr 2026
294
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.