Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib
27 May 2026, 16:41
Qaynar xətt:
(+99450) 247 90 86
TƏHSİL
841
20.05.2026, 11:59
Bu gün dünya çox sürətlə dəyişir və biz hamımız anlayırıq ki, yeni texnologiyalar həyat standartlarını, imkanları və cəmiyyəti transformasiya edir. Eyni zamanda biz iqlim dəyişikliyi, sosial bərabərsizlik və ekoloji təzyiqlər kimi ciddi qlobal çağırışlarla üz-üzəyik.
Oxu24.com xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Azərbaycanda Ağıllı və Davamlı Şəhər Layihələri" tədbirində Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.
Vahid Hacıyev qeyd edib ki, hazırda 2022–2026-cı illəri əhatə edən “Böyük Qayıdış Proqramı” həyata keçirilir. Bu proqram çərçivəsində məcburi köçkünlərin geri qayıdışını mümkün qədər dayanıqlı etmək üçün çoxsaylı tədbirlər nəzərdə tutulub: "Əsas prioritetlərdən biri məhz dayanıqlılıq idi. Bu məqsədlə proqram yaşayış evlərinin tikintisini, ərazilərin inkişaf etdirilməsini, avtomobil və dəmir yollarının çəkilməsini, bütün zəruri infrastrukturun qurulmasını və regionda investisiya imkanlarının yaradılmasını əhatə edir.
Məqsədimiz yalnız yaşayış evlərini yenidən qurmaq deyil. Biz təhlükəsiz, dayanıqlı və yaşamaq üçün əlverişli icmalar yaratmaq istəyirdik ki, keçmiş məcburi köçkünlər öz yurdlarına ləyaqətlə və uzunmüddətli etimadla geri dönə bilsinlər".
Onun sözlərinə görə, artıq həyata keçirilən layihələr sırasında Zəngilanın Ağalı, Məmmədbəyli kəndləri də var və bu layihələr xüsusi əhəmiyyət daşıyır.
16:07 / 11 Noyabr 2026
50
16:04 / 11 Noyabr 2026
92
16:01 / 11 Noyabr 2026
73
16:00 / 11 Noyabr 2026
49
15:50 / 11 Noyabr 2026
64
15:50 / 11 Noyabr 2026
60
15:40 / 11 Noyabr 2026
63
15:31 / 11 Noyabr 2026
257
15:27 / 11 Noyabr 2026
483
15:13 / 11 Noyabr 2026
101
15:07 / 11 Noyabr 2026
149
14:51 / 11 Noyabr 2026
111
14:43 / 11 Noyabr 2026
170
14:39 / 11 Noyabr 2026
182
14:36 / 11 Noyabr 2026
106
14:26 / 11 Noyabr 2026
269
14:13 / 11 Noyabr 2026
804
13:58 / 11 Noyabr 2026
292
13:54 / 11 Noyabr 2026
570
13:48 / 11 Noyabr 2026
158
13:44 / 11 Noyabr 2026
231
13:41 / 11 Noyabr 2026
122
13:33 / 11 Noyabr 2026
294
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.