Sabah bu yollarda... — XƏBƏRDARLIQ
12 May 2026, 19:13
Qaynar xətt:
(+99450) 247 90 86
WUF13
191
12.05.2026, 18:18
Ümumdünya Şəhərsalma Forumunun iştirakçıları üçün açıq hava formatında WUF13 Bulvarı yaradılıb.
Oxu24.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun ərazisində mayın 17-22-də keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı görülən işlərlə tanış olarkən bildirilib.
Bu sahə 2,5 hektar ərazini təşkil edir və iştirakçıların sərbəst hərəkəti, istirahəti, iaşə xidmətlərindən istifadəsi və tədbir məkanında şəhər mühiti ab-havasını hiss etməsi üçün nəzərdə tutulub. Bulvar ərazisi “Expo zonası”na keçid və açıq ictimai məkan funksiyasını daşıyır.
“Urban Expo zonası” isə 3,5 hektar sahəni əhatə edir. Ərazidə ölkə pavilyonları, beynəlxalq təşkilatlar, dövlət qurumları, yerli və regional hakimiyyət orqanları, özəl sektor, qeyri-hökumət təşkilatları, fondlar, təhsil və tədqiqat qurumları üçün sərgi sahələri yerləşir. Ümumilikdə, 121 pavilyon, o cümlədən 41 ölkə pavilyonu nəzərdə tutulub.
Forumun rəsmi mərasim komponentləri tədbir məkanının ümumi planlaşdırılmasında xüsusi nəzərə alınıb. Bayraq meydanı rəsmi mərasimlərin keçirilməsi üçün hazırlanıb və şəhər ab-havasının hiss olunması məqsədilə qala divarları motivləri ilə əhatələnib.
Nəqliyyat terminalı və parklanma-transfer funksiyalarını əhatə edən əlavə 10 hektarlıq zona ümumi əməliyyat ərazisinə inteqrasiya edilib. Burada avtobus, taksi xidmətləri, parklanma və iştirakçıların məkana yönləndirilməsi proseslərinin idarə olunması icra ediləcək. Şəhər üzrə nəqliyyat mübadilə mərkəzləri, elektrik avtobusları, taksi xidməti və hava limanı daşımaları tədbirin ümumi nəqliyyat planına inteqrasiya olunub.
Qeydiyyat prosesi üçün olan sahədə eyni anda 70 nəfərə, saatda isə 1000 nəfərə xidmət göstərmək imkanı var. Əlilliyi olan şəxslər üçün ayrıca akkreditasiya və qeydiyyat masaları nəzərdə tutulub. Qeydiyyat əməliyyatları tədbirin tələblərinə uyğun olaraq Azərbaycan tərəfinin əməliyyat komandası tərəfindən qurulub və iştirakçı axınının mərhələli idarə olunmasına uyğunlaşdırılıb.
20:30 / 12 May 2026
1
20:24 / 12 May 2026
25
20:23 / 12 May 2026
32
20:17 / 12 May 2026
33
20:14 / 12 May 2026
24
20:09 / 12 May 2026
42
19:59 / 12 May 2026
291
19:59 / 12 May 2026
179
19:58 / 12 May 2026
138
19:51 / 12 May 2026
133
19:29 / 12 May 2026
61
19:13 / 12 May 2026
151
19:08 / 12 May 2026
95
18:58 / 12 May 2026
244
18:45 / 12 May 2026
68
18:29 / 12 May 2026
95
18:09 / 12 May 2026
98
17:50 / 12 May 2026
131
17:40 / 12 May 2026
254
16:55 / 12 May 2026
109
16:53 / 12 May 2026
85
16:27 / 12 May 2026
266
16:11 / 12 May 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.