Qaynar xətt:

(+99450) 247 90 86

Cinsi həyata mənfi təsir edən QİDALARIN SİYAHISI

2019-02/1549118800_727035.jpg

TİBB

907

02.02.2019, 18:46

\"\"  Əgər cinsi həyatınız normal deyil və problem olduğunu düşünürsünüzsə, yediyiniz qidalara diqqət edin.
Oxu24.om  ölkə.az-a istinadən cinsi həyata mənfi təsir edən qidaların siyahısını təqdim edir. Qazlı içkilər Aparılan araşdırmalar zamanı məlum olub ki, qazlı içkilər depresiyaya səbəb olur. Depresiya isə ehtirasın ən böyük düşmənlərindən biridir. Süni şirinləşdiricilər Süni şirinləşdiricilər xoşbəxtlik hormonu sayılan serotoninin ifrazının qarşısını alır. Tərkibində süni şirinləşdirici olan qidalar isə ehtirasa mənfi təsir edir. Konservləşdirilmiş şorbalar Tərkibində qoruyucu maddələr bol miqdarda olan konservləşdirilmiş şorbalar yüksək qan təzyiqinə səbəb olur. Bədənin digər üzvləri kimi cinsi orqanlara da qan axışı azalır və bu səbəbdən ereksiyada problemlər ortaya çıxır. Qəhvə Müntəzəm olaraq qəhvə içmək böyrəküstü vəzlərin fəaliyyətinə mənfi təsir edir. Bu isə cinsi əlaqə hormonları da daxil olmaqla bəzi hormanların kifayət qədər ifraz olunmaması ilə nəticələnir. Natri Qlutamat Paketlənmiş qidalarda olan natri qlutamat qidalara ləzzət vermək məqsədi ilə əlavə edilir. Amma baş ağrısından tutmuş depresiya və ehtirasın azalmasına qədər bir çox ziyanı var. Kartof çipsisi Kartofdan çipsi hazırlayanda əsasən ucuz və keyfiyyətsiz yağlardan istifadə edilir. Bu isə orqanizmdə ehtirası azaltmaq da daxil olmaqla bir çox problemə səbəb olur. Hormonlara və cinsi əlaqə hormonlarının yaranmasına mənfi təsir etdiyi də bilinir. Pendir Bir çox pendir antibiotiklə müalicə edilən inəklərin südündən əldə edildiyi üçün həddən artıq çox qəbul etmək hormonların pozulmasına səbəb olur. Bu hormon pozulması isə cinsi əlaqə hormonlarına da təsir edir. Bundan başqa cinsi fəaliyyətə də mənfi təsir edir. Aldığınız pendirin antibiotiklə müalicə olunmayan inəklərin südündən istehsal edildiyindən əmin olun.