Qaynar xətt:

(+99450) 247 90 86

Şəkər xəstəliyinin ilkin əlamətləri

2018-10/1540038792_seker.jpg

TİBB

1006

20.10.2018, 16:34

\"\" Bəzən insanlarda şəkər xəstəliyi olur, amma onlar bundan xəbərsiz yaşayırlar. Xəstəlik ağırlaşmalarla üzə çıxanda isə artıq iş-işdən keçmiş olur. Bəs şəkər xəstəliyinin ilkin əlamətləri hansılardır? * yorğunlaq
* halsızlıq * ürək yanğısı * tez-tez sidiyə getmə * arıqlama və ya hədsiz kökəlmə. Bundan başqa bəzi əlamətlərdə vardır ki, şəkərli diabetin olmasını tam təsdiq edir. Bunlar aşağıdakılardır: * çoxlu maye qəbul etmək istəyi * gecələr sidiyə çıxma * aşağı ətraflarda yaraların əmələ gəlməsi * yaraların gec sağalması * aralıq nahiyyədə qaşınma. Əgər yuxarıda sadalanan əlamətlərdən bir neçəsi sizdə müşahidə edilərsə, mütləq endokrinoloqa müraciət etməyiniz məsləhət görülür. Çünki xəstəliyin diaqnozu nə qədər tez qoyularsa, sizin həyatınız bir o qədər az təhlükədə olar. Şəkərli diabet xəstəliyi aşkarlanan adam bəzi qaydalara əməl eləməlidir: * orqanizmində baş verən narahatçılıqlar barədə həkimindən heç nəyi gizlətməməlidir * şəkər xəstəliyi zamanı dieta və müalicə haqqında ətrafdakıların dediklərinə inanmamalıdır * yanlız həkimin dediyinə əməl etməli, həkimin tapşırıqlarını yerinə yertirməlidir.