Ağız yaraları ilə bağlı qorxunc XƏBƏRDARLIQ
27 Yanvar 2026, 15:46
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
740
12.12.2019, 22:15
Hazırda dünyada geniş yayılmış diabet, xərçəng və demensiyanın bir ümumi səbəbi aşkarlanıb. Bu gözlənilməz kəşfi amerikalı alimlər qrupu tapıb.
Medicina.az xəbər verir ki, bu xəstəliklərin kökündə Porphyromonas gingivalis adlı bakteriya dayana bilər. Bu bakteriya ağız boşluğunda yaşayır, damaq, diş əti və diş dibi xəstəliklər yaradır, daha sonra orqanizmə keçərək, müxtəlif orqanlarda destruktiv iltihabi proseslərə səbəb olur.
Belə ki, bu bakteriya Alsgeymer xəstələrinin beyin toxumasında aşkarlanıb.
Daha çox diş ətində Gingivit adlanan xəstəliyi törədən və insanların çoxunun ciddi qəbul etmədiyi bu bakteriya oynaqlarda artrit yaradır, damarlarda ateroskleroza səbəb olur, eləcə də diabet xəstələrinin mədəaltı vəzisində özünə yer edir, müxtəlif şişlərin daxilində aşkarlanır, qaraciyəri də zədələyir.
Həmçinin oxuyun
Porphyromonas gingivalis Bakteriyasının müxtəlif xəstəliklər yarada bilməsi siçanlar üzərində təcrübədə sübut olunub.
Normada siçanlar bu bakteriyaya yoluxmur və daşıyıcısı deyil. Amma laboratoriya siçanlarına süni yolla bu bakteriyalar köçürüldükdən sonra, onlarda diş damaq iltihabı, daha sonra revmatizm, artrit, diabet, piylənmə, qaraciyər xəstəlikləri və Alsgeymer yarandı.
Porphyromonas gingivalisqanın hüceyrələrinə keçərək, qan dövranı ilə orqanizm daxilində bir yerdən digərinə keçir. Bu bakteriyanı antibiotiklərlə məhv etmək mümkün deyil. Amma məlumdur ki, yeni doğulmuşlarda bu bakteriya olmur, təqribən 8 yaşından sonra ağız boşluğunda yaranır. Ona görə, bu bakteriyaya qarşı peyvənd olması insanları qoruya bilər.
Hazırda belə bir peyvəndin insanlar üzərində kliniki sınaqlarına hazırlaşırlar.
16:04 / 27 Yanvar 2026
1
16:00 / 27 Yanvar 2026
14
15:46 / 27 Yanvar 2026
31
15:44 / 27 Yanvar 2026
26
15:40 / 27 Yanvar 2026
57
15:33 / 27 Yanvar 2026
33
15:12 / 27 Yanvar 2026
558
15:08 / 27 Yanvar 2026
49
15:03 / 27 Yanvar 2026
38
14:58 / 27 Yanvar 2026
186
14:56 / 27 Yanvar 2026
45
14:49 / 27 Yanvar 2026
62
14:42 / 27 Yanvar 2026
219
14:15 / 27 Yanvar 2026
57
13:58 / 27 Yanvar 2026
775
13:49 / 27 Yanvar 2026
91
13:43 / 27 Yanvar 2026
182
13:38 / 27 Yanvar 2026
86
13:32 / 27 Yanvar 2026
71
13:21 / 27 Yanvar 2026
354
13:09 / 27 Yanvar 2026
1229
13:03 / 27 Yanvar 2026
83
12:56 / 27 Yanvar 2026
595
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.