Donuz və insan geninin birləşməsindən yaradılmış it - Foto
12 Noyabr 2026, 23:02
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
1304
27.01.2026, 14:42
Toyuğun ən zərərli hissələri hansılardır? – Mütəxəssis xəbərdarlığı
Son illər ucuz və əlçatan qida məhsulu kimi toyuq ətinə tələbat artıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, toyuğun bəzi hissələrinin tez-tez və nəzarətsiz istehlakı sağlamlıq üçün risk yarada bilər. Xüsusilə də düzgün bəslənməyən və sənaye üsulu ilə yetişdirilən toyuqlarda bu risk daha da artır.
Oxu24.com xəbər verir ki, mütəxəssis rəylərinə görə,toyuğun ən zərərli hissəsi qaraciyər hesab olunur.
Bir çox insanlar toyuq qaraciyərini sevsə də, nəzərə almaq lazımdır ki, qaraciyər orqanizmdə toksinlərin toplandığı əsas orqandır.
Əgər toyuğa hormonal yemlər verilibsə və ya yeminin tərkibinə dərman preparatları qatılıbsa, həmin maddələr məhz qaraciyərdə toplanır. Bu cür qaraciyərin qida kimi istifadəsi isə toksinlərin birbaşa insan orqanizminə keçməsinə səbəb olur.
Toyuğun sağlamlıq üçün risk yarada bilən ikinci hissəsi onun dərisidir. Toyuq dərisi yüksək miqdarda yağ və zərərli maddələr toplaya bilir. Xüsusilə sənaye şəraitində yetişdirilən toyuqlarda dərinin tərkibində müxtəlif kimyəvi qalıqların olması istisna edilmir. Bu səbəbdən dietoloqlar və qida mütəxəssisləri toyuq dərisinin istehlakını minimuma endirməyi tövsiyə edirlər.
Mütəxəssislər bildirirlər ki, toyuq məhsulları alınarkən mənşəyinə, keyfiyyət sertifikatlarına diqqət yetirilməli, mümkün qədər təbii və etibarlı təsərrüfat məhsullarına üstünlük verilməlidir.
Hazırladı: Turan
12:49 / 14 Noyabr 2026
1
12:25 / 14 Noyabr 2026
62
12:09 / 14 Noyabr 2026
83
11:58 / 14 Noyabr 2026
86
11:50 / 14 Noyabr 2026
71
11:39 / 14 Noyabr 2026
74
11:32 / 14 Noyabr 2026
84
11:19 / 14 Noyabr 2026
92
11:09 / 14 Noyabr 2026
92
11:00 / 14 Noyabr 2026
107
10:58 / 14 Noyabr 2026
97
10:46 / 14 Noyabr 2026
105
10:36 / 14 Noyabr 2026
97
10:17 / 14 Noyabr 2026
90
09:59 / 14 Noyabr 2026
108
09:46 / 14 Noyabr 2026
118
09:30 / 14 Noyabr 2026
107
09:29 / 14 Noyabr 2026
133
09:23 / 14 Noyabr 2026
227
08:09 / 14 Noyabr 2026
1696
01:15 / 14 Noyabr 2026
195
00:40 / 14 Noyabr 2026
359
00:02 / 14 Noyabr 2026
1326
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.