Novxanı-Pirşağı yolunda avtomobillə motosiklet toqquşub: Ölən var
09 May 2026, 21:22
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
573
27.01.2026, 11:00
Daxili İşlər Nazirliyi ilə Mərkəzi Bankı arasında qurulmuş qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində kiber risklər sistemli şəkildə təhlil olunur, bank müştərilərinin məlumatlandırılması təmin edilir.
Oxu24.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin açıqlamasında bildirilib.
Məlumata görə, ötən il görülən tədbirlər nəticəsində onlayn məkanda talama məqsədilə istifadə edilən şübhəli internet resurslarından 372 sayda saxta sayt, link və keçidlər müəyyən edilərək bloklanıb.
"Bu, bank kartlarına qanunsuz müdaxilə hallarının azalmasına mühüm təsir göstərib. Aparılan təhlillər göstərir ki, bank kartı istifadəçiləri şübhəli əməliyyatlarla rastlaşdıqda vaxt itirmədən müştərisi olduqları bankı məlumatlandırdıqları hallarda qabaqlayıcı tədbirlər effektiv olur və kartdakı vəsaitin oğurlanmasının qarşısı alınır. Bu zaman bank kartına müdaxilənin istiqaməti operativ şəkildə müəyyən edilir və risklər neytrallaşdırılır.
Daxili İşlər Nazirliyi bir daha bank kartı istifadəçilərinə tövsiyə edir ki, hər hansı şübhəli əməliyyat, naməlum link və ya saxta internet resursu ilə qarşılaşdıqları zaman dərhal müştərisi olduqları bank və polis orqanları ilə əlaqə saxlasınlar və bu cür hallara biganə yanaşmasınlar. Bu, həm şəxsi maliyyə təhlükəsizliyinin, həm də ümumi kiber təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyət daşıyır", məlumatda deyilir.
17:29 / 10 May 2026
8
17:19 / 10 May 2026
25
14:29 / 10 May 2026
68
14:25 / 10 May 2026
72
12:25 / 10 May 2026
641
12:22 / 10 May 2026
80
00:41 / 10 May 2026
361
00:37 / 10 May 2026
2695
00:33 / 10 May 2026
151
00:20 / 10 May 2026
408
00:18 / 10 May 2026
143
00:15 / 10 May 2026
137
00:05 / 10 May 2026
296
23:58 / 09 May 2026
1121
23:55 / 09 May 2026
129
23:54 / 09 May 2026
227
23:52 / 09 May 2026
146
23:46 / 09 May 2026
607
23:44 / 09 May 2026
143
23:27 / 09 May 2026
497
23:04 / 09 May 2026
334
22:56 / 09 May 2026
144
22:42 / 09 May 2026
394
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.