Ölməmişdən əvvəl bu tikilidə gecələyibmiş.. - Video
14 Noyabr 2026, 12:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
668
27.01.2026, 15:44
Ədliyyə Nazirliyinin Penitensiar xidmətində vakant kiçik rəis heyəti (xüsusi rütbəli) vəzifələri üzrə müsabiqədə iştirak üçün ərizə qəbulunun vaxtı çoxsaylı müraciətlər nəzərə alınaraq fevral ayının 27-si saat 18:00-dək uzadılıb.
Bu barədə Oxu24.com-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən şəxslər ərizə nümunəsini Ədliyyə Nazirliyinin rəsmi veb-saytında “Penitensiar xidmətə qulluğa qəbul” bölməsindən əldə edə bilərlər.
Ərizələri Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin elektron poçtu ([email protected]), Azərpoçt və ya xidmətin Bakı şəhəri, Kövkəb Səfərəliyeva küçəsi, giriş 14 ünvanında yerləşən inzibati binasındakı poçt qutusu vasitəsilə təqdim etmək mümkündür.
Növbəti mərhələdə ərizə ilə müraciət edən namizədlərdən “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 4 və 34-cü maddələrində qeyd olunan tələblərə cavab verən şəxslər müsahibədə iştirak etmək üçün “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları”nda göstərilmiş siyahıdakı sənədləri təqdim edirlər.
Vətəndaşlar müsabiqənin keçirilməsi ilə bağlı (012) 498-71-06, (012) 493-44-89 nömrəli telefonlar vasitəsilə, eləcə də Nazirliyin rəsmi veb-saytında “Penitensiar xidmətə qulluğa qəbul” bölməsindən əlavə məlumat əldə edə bilərlər.
12:49 / 14 Noyabr 2026
1
12:25 / 14 Noyabr 2026
62
12:09 / 14 Noyabr 2026
83
11:58 / 14 Noyabr 2026
86
11:50 / 14 Noyabr 2026
71
11:39 / 14 Noyabr 2026
74
11:32 / 14 Noyabr 2026
84
11:19 / 14 Noyabr 2026
92
11:09 / 14 Noyabr 2026
92
11:00 / 14 Noyabr 2026
107
10:58 / 14 Noyabr 2026
97
10:46 / 14 Noyabr 2026
105
10:36 / 14 Noyabr 2026
97
10:17 / 14 Noyabr 2026
90
09:59 / 14 Noyabr 2026
108
09:46 / 14 Noyabr 2026
118
09:30 / 14 Noyabr 2026
107
09:29 / 14 Noyabr 2026
133
09:23 / 14 Noyabr 2026
227
08:09 / 14 Noyabr 2026
1696
01:15 / 14 Noyabr 2026
195
00:40 / 14 Noyabr 2026
359
00:02 / 14 Noyabr 2026
1326
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.