Yuxu ilə bağlı VACİB MƏLUMAT: Qocalmanın da qarşısını alırmış
26 Yanvar 2026, 14:09
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1193
08.12.2019, 18:27
Son zamanlar insanların qorxulu yuxusuna çevrilən xərçəng xəstəliyi, getdikcə artmaqda davam edir.
Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2018-ci ildə ölkə üzrə qadın cinsiyyət orqanlarının bədxassəli yenitörəmələrindən ölən qadınların sayı 543 nəfər olub.
Maraqlıdır, qadınlarda cinsiyyət orqanlarında xərçəng xəstəliyinin yaranma səbəbi nələrdir?
Oxu24.com lent.az-a istinadən bildirir ki, ginekoloq Rəşad Sultanın sözlərinə görə, aşağı cinsi orqan xərçəngin əsasən 3 növü geniş yayılıb.
Bunlar yumurtalıq xərçəngi, uşaqlıq cisminin xərçəngi və uşaqlıq boynu xərçəngidir:
"Yumurtalıq xərçənginin nədən yarandığı bilinmir. Təkcə bizdə deyil, bütün dünyada bu xəstəliyin vaxtında aşkarlanması və müalicəsi problemə çevrilib. Tibb elmi nə qədər inkişaf etsə də, dünya üzrə, istər xəstəliyin erkən aşkarlanmasında, istərsə də qarşısının alınmasında, konkret bir irəliləyiş yoxdur. Müalicəsi isə cərrahiyyədən və kimyaterapiyadan asılıdır. Dünyada hansı müalicə növü aparılırsa, bizdə də o tətbiq olunur. Yəni ki, istər müalicə, istərsə də ölüm faizi nəticəsində dünya ilə heç bir fərqimiz yoxdur.
Uşaqlıq cisminin xərçəngi üçün isə əsas risk faktoru piylənmədir. Ümumiyyətlə, ölkəmizdə və ya dünyada bir çox xəstəliklərin başında duran səbəb piylənmədir. Ona görə bu səbəbdən uşaqlıq cisminin xərçəngində artım ola bilər. Bundan başqa, menstruasiya problemi yaşayan qadınlarda da uşaqlıq cisminin xərçəngi riski çoxdur. Xəstəliyin yaranmasında su amilinin, qeysəriyyə əməliyyatlarının və qadın bezlərinin rolu yoxdur".
Həmçinin oxuyun
R.Sultan bildirib ki, normal hamiləlik, qadını uşaqlıq yolunun xərçəngindən qoruya bilir:
"Bundan başqa bir çox insanların istifadə etməkdən çəkindiyi, hamiləlikdən qorunmaq üçün istifadə edilən dərmanlar da bu xəstəliyin yaranma riskini aşağı salır. Bu problemi yaşayan insanlar vaxtında müalicə alıb, xəstəliyin riskini aşağı salmalıdır".
Həkimin sözlərinə görə, ən çox yayılan xərçəng növü uşaqlıq boynu xərçəngidir:
"Uşaqlıq boynu xərçənginin virusla keçdiyi sübut olunub. Belə ki, uşaqlıq boynunda xərçəng yaradan papilloma virusu cinsi yolla keçir. Uşaqlıq boynu xərçəngində risk qrupu daşıyanlar bunlardır:
Erkən yaşlardan cinsi aktivliyi başlayanlar, çoxlu sayda cinsi partnyoru olanlar, partnyorunun çoxlu sayda cinsi tərəf müqabili olan qadınlar bu xəstəlikdə risk qrupunda sayılır. Haradasa 20 yaşda cinsi aktivliklə bərabər uşaqlıq boynu xərçəngini törədən papilloma virusu orqanizmə daxil olur və 30-40 yaş arasında xərçəng yaradır. Dünyada bu sahədə ən böyük inqilab uşaqlıq boynundan yaxmanın tətbiqi sayəsində problemin vaxtında aşkar edilməsidir. Belə ki, bu sayədə xərçəng yaranmamış xəstələri müalicə etmək mümkün olur. Bizim ölkədə də bu yaxma tətbiq olunur, amma təəssüflər olsun ki, bu hal kütləvi şəkildə aparılmır. Düşünürəm ki, bu mütləq dövlət proqramı səviyyəsində təşkil olunmalı və bütün qadınlardan yaxma götürülməlidir, bu müayinədən keçməlidir. 30-40 yaş arası qadınların bu müayinə üsuluna cəlb edilməsi vacibdir. Adıçəkilən virusun peyvəndi də var. Ölkəmizdə də bu peyvəndin təbliği və tətbiqi olmalıdır".
Həkim qeyd edib ki, xəstəlik nə qədər gec aşkar edilərsə, müalicəsi də o qədər çətinləşir.
01:19 / 27 Yanvar 2026
16
01:11 / 27 Yanvar 2026
16
00:59 / 27 Yanvar 2026
22
00:40 / 27 Yanvar 2026
31
00:16 / 27 Yanvar 2026
48
00:08 / 27 Yanvar 2026
147
00:00 / 27 Yanvar 2026
245
23:54 / 26 Yanvar 2026
43
23:40 / 26 Yanvar 2026
855
23:34 / 26 Yanvar 2026
267
23:28 / 26 Yanvar 2026
69
23:23 / 26 Yanvar 2026
438
23:20 / 26 Yanvar 2026
297
23:18 / 26 Yanvar 2026
140
23:14 / 26 Yanvar 2026
318
23:05 / 26 Yanvar 2026
85
22:50 / 26 Yanvar 2026
115
22:39 / 26 Yanvar 2026
108
22:27 / 26 Yanvar 2026
85
22:16 / 26 Yanvar 2026
78
21:49 / 26 Yanvar 2026
158
21:40 / 26 Yanvar 2026
88
20:50 / 26 Yanvar 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.