Azərbaycanda qar yağacaq — XƏBƏRDARLIQ
23 Aprel 2026, 15:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
700
26.01.2026, 22:39
Son zamanlar Hindistan və Banqladeşdə Nipah virusu geniş yayılıb. Bu virusun COVID-19-dan daha təhlükəli və yüksək ölüm nisbətinə malik olduğu bildirilir. Epidemiya ölkənin şərqindəki Qərbi Benqal əyalətində başlayıb.
Hazırda həkimlər və tibb bacıları da daxil olmaqla beş yoluxma halı məlumdur, təxminən 100 nəfər isə evdə karantinə alınıb. Hindistan ölümcül virusun yayılmasının qarşısını almaq üçün mübarizə aparır.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu virusla bağlı təcili araşdırma aparılmasına çağırış edib.
Bu virus nədir və necə yayılır?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı Teleqraf-a İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya mütəxəssisi Vasif Əliyev danışıb. O bildirib ki, xəstəliklə bağlı əsas problem dərman, peyvəndinin olmamasıdır.
Onun sözlərinə görə, bu xəstəliyə, xüsusilə, yarasa və donuzların ifrazatları ilə çirkləndirilmiş yeyəcəklərin qəbulu və xəstə insanlarla təmasda olarkən hava-damcı yolu ilə yoluxmaq mümkündür:
Həmçinin oxuyun
“Aparılan araşdırmalara görə, bəzən bu virus asimptomatik keçə bilər. Yəni hər hansı simptom olmadan özünü büruzə verə bilər. Virus 70% hallarda ölümə də səbəb olur. Ağciyərdə atipik pnevmoniya halında özünü büruzə verir, həmçinin ən ölümcül forması olan beyin iltihabına da səbəb olur. Bu da 24-48 saat ərzində xəstənin komaya düşməsinə qədər gedib çıxa bilər, hətta xəstə ölə də bilər”.
O, xəstəliyin dünyada geniş yayılacağı ilə bağlı narahatlığa səbəb olmadığını bildirib.
"İnsanlar arasında xəstəliyin ötürülmə faizi çox aşağıdır. Burada ən önəmli nüans risk qrupunda olan ölkələrə səfər edərkən diqqətli olmaqdır. Xüsusilə, inkubasiya dönəminin 4-14 gün olduğunu nəzərə almaq lazımdır. Belə bir təmas riski olduqda və Nipah virusunun yayıldığını düşündüyümüz anda həkimə müraciət etmək lazımdır”, - V. Əliyev əlavə edib.
Qeyd edək ki, Səhiyyə Nazirliyindən hazırda Azərbaycanda Nipah virusu ilə bağlı hər hansı yoluxma halı qeydə alınmadığı və virusun ölkəmiz üçün endemik hesab edilmədiyi bildirilib.Ölkə.az
15:03 / 23 Aprel 2026
5
15:00 / 23 Aprel 2026
10
14:42 / 23 Aprel 2026
189
14:25 / 23 Aprel 2026
60
14:18 / 23 Aprel 2026
32
14:10 / 23 Aprel 2026
291
14:06 / 23 Aprel 2026
71
14:01 / 23 Aprel 2026
76
13:48 / 23 Aprel 2026
50
13:35 / 23 Aprel 2026
108
13:32 / 23 Aprel 2026
371
13:02 / 23 Aprel 2026
80
12:47 / 23 Aprel 2026
138
12:44 / 23 Aprel 2026
196
12:42 / 23 Aprel 2026
544
12:33 / 23 Aprel 2026
263
12:32 / 23 Aprel 2026
128
12:27 / 23 Aprel 2026
56
12:18 / 23 Aprel 2026
58
12:14 / 23 Aprel 2026
72
12:06 / 23 Aprel 2026
854
11:57 / 23 Aprel 2026
63
11:52 / 23 Aprel 2026
57
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.