Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1104
29.09.2026, 20:56
Bu gün dünyada və ölkəmizdə 29 Sentyabr – Dünya Ürək Günü kimi qeyd olunur.
Bu əlamətdar günün əsas məqsədi cəmiyyətin diqqətini ürək-damar xəstəliklərinə və onların profilaktikasına cəlb etməkdir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, ürək-damar xəstəlikləri hələ də dünyada erkən ölümlərin bir nömrəli səbəbi olaraq qalır.
Hər il milyonlarla insan məhz bu patologiyalar səbəbindən həyatını itirir.
Mütəxəssislər bildirirlər ki, qeyri-sağlam qidalanma, fiziki hərəkətsizlik, tütün istifadəsi və xroniki stres ürək xəstəliklərinin riskini kəskin şəkildə artırır.
Lakin vaxtında edilən profilaktik müayinələr və həyat tərzindəki müsbət dəyişikliklər vasitəsilə bu xəstəliklərin böyük əksəriyyətinin qarşısını almaq mümkündür.
Ölkəmizdə də son illərdə kardiologiya sahəsində genişmiqyaslı işlər görülür, müasir müayinə və müalicə metodları tətbiq olunur. Bununla belə, vətəndaşları ən çox maraqlandıran məsələlərdən biri ürək xəstəliklərinin müayinə və müalicə xərcləri, eləcə də bu xərclərin dövlət tərəfindən qarşılanma səviyyəsidir.
Müasir dövrdə ürək-damar xəstəliklərinin həm dünyada, həm də Azərbaycanda ölüm göstəricisinə və yayılma tezliyinə görə ilk sıralarda dayanmasını nəzərə alaraq, mövzu ilə bağlı kardioloq Günay Məhərrəmzadə Oxu24.com-a açıqlama verib.
İcbari Tibbi Sığortanın xidmətlər paketindən və qiymətlərdən danışan mütəxəssis bildirib:
"İcbari Tibbi Sığorta ürəklə bağlı stent əməliyyatını, aritmiya müalicələrini və müxtəlif kardioloji müayinələri qarşılayır. Lakin dəqiq və konkret qiymət qeyd etmək düzgün olmazdı, çünki bu xərclər tibb müəssisələrindən asılı olaraq dəyişir”.
Oxu24.com olaraq apardığımız araşdırmaya əsasən, İcbari Tibbi Sığortadan kənar ödənişli xidmətlər üzrə orta qiymətlər aşağıdakı aralıqda dəyişir:
Kardioloji müayinələr (EKQ, Exo-KQs, Xolter və s.): 60 – 100 AZN
Anjo (Angioqrafiya) müayinəsi: 300 – 500 AZN
Ürək əməliyyatları: 8 000 – 10 000 AZN
Hazırladı: Çimnaz Ağayeva
00:40 / 14 Noyabr 2026
14
00:02 / 14 Noyabr 2026
258
23:58 / 13 Noyabr 2026
67
23:49 / 13 Noyabr 2026
64
23:40 / 13 Noyabr 2026
77
23:28 / 13 Noyabr 2026
78
23:22 / 13 Noyabr 2026
87
23:17 / 13 Noyabr 2026
90
23:09 / 13 Noyabr 2026
100
23:05 / 13 Noyabr 2026
91
23:02 / 13 Noyabr 2026
94
22:53 / 13 Noyabr 2026
103
22:49 / 13 Noyabr 2026
98
22:41 / 13 Noyabr 2026
96
22:36 / 13 Noyabr 2026
115
22:18 / 13 Noyabr 2026
104
22:13 / 13 Noyabr 2026
104
22:03 / 13 Noyabr 2026
619
21:43 / 13 Noyabr 2026
947
21:36 / 13 Noyabr 2026
109
21:29 / 13 Noyabr 2026
136
21:24 / 13 Noyabr 2026
334
21:03 / 13 Noyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.