Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
287
14.09.2026, 14:50
Qanda xolesterinin yüksək olması uzun müddət heç bir əlamət vermədən inkişaf edə və zamanla damar sağlamlığı üçün ciddi risklər yarada bilər. Xüsusilə düzgün olmayan qidalanma, yağlı qidaların həddindən artıq qəbulu və digər risk faktorları xolesterin səviyyəsinin yüksəlməsinə səbəb ola bilər.
Oxu24.com xəbər verir ki, kardioloq Aynur Məmmədova qanda piylərin yüksək olmasının yaratdığı risklər və vaxtında nəzarətin əhəmiyyəti barədə saytımıza danışıb.
Həkimin sözlərinə görə, bəzi pasiyentlər həkimə yorğunluq, halsızlıq və zəiflik kimi ümumi şikayətlərlə müraciət edir. Aparılan müayinələr zamanı isə qanda xolesterinin yüksək olduğu aşkarlanır.
Kardioloq bildirib ki, pasiyentin qidalanma vərdişləri də bu baxımdan əhəmiyyətlidir. Xüsusilə piyli ət və digər yağlı qidaların mütəmadi və həddindən artıq istehlakı xolesterin səviyyəsinin yüksəlməsinə təsir göstərə bilər:
“Yüksək xolesterinin əsas təhlükələrindən biri onun uzun müddət simptomsuz davam edə bilməsidir. Qanda xolesterinin, xüsusilə “pis” LDL xolesterinin yüksək olması damar divarlarında aterosklerotik lövhələrin yaranmasına və damarların daralmasına şərait yarada bilər”.
Bu proses nəzarətsiz qaldıqda ürək-damar xəstəlikləri, o cümlədən infarkt və insult riskini artıra bilər. Həkim vurğulayıb ki, problem yalnız ürək damarları ilə məhdudlaşmır, müxtəlif orqanları qidalandıran damarlarda da qan dövranının pozulmasına səbəb ola bilər.
Aynur Məmmədova bildirib ki, digər analizlərin normal olması qanda xolesterinin yüksəkliyini əhəmiyyətsiz etmir. Buna görə də lipid göstəricilərinin vaxtında yoxlanılması, risk faktorlarının müəyyənləşdirilməsi və nəticələrə uyğun tibbi nəzarətin aparılması vacibdir.
Kardioloq insanlara qidalanmaya diqqət etməyi, yağlı qidaların qəbulunu məhdudlaşdırmağı və mütəmadi tibbi müayinələrdən keçməyi tövsiyə edib. Onun sözlərinə görə, xolesterinin vaxtında aşkarlanması və nəzarətdə saxlanılması gələcək ürək-damar fəsadlarının riskini azaltmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Jalə
00:40 / 14 Noyabr 2026
14
00:02 / 14 Noyabr 2026
258
23:58 / 13 Noyabr 2026
67
23:49 / 13 Noyabr 2026
64
23:40 / 13 Noyabr 2026
77
23:28 / 13 Noyabr 2026
78
23:22 / 13 Noyabr 2026
87
23:17 / 13 Noyabr 2026
90
23:09 / 13 Noyabr 2026
100
23:05 / 13 Noyabr 2026
91
23:02 / 13 Noyabr 2026
94
22:53 / 13 Noyabr 2026
103
22:49 / 13 Noyabr 2026
98
22:41 / 13 Noyabr 2026
96
22:36 / 13 Noyabr 2026
115
22:18 / 13 Noyabr 2026
104
22:13 / 13 Noyabr 2026
104
22:03 / 13 Noyabr 2026
619
21:43 / 13 Noyabr 2026
947
21:36 / 13 Noyabr 2026
109
21:29 / 13 Noyabr 2026
136
21:24 / 13 Noyabr 2026
334
21:03 / 13 Noyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.