Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
299
11.09.2026, 20:25
Cərrahiyyə sahəsində ən çox verilən suallardan biri və bəlkə də cəmiyyəti ən çox maraqlandıran məqam cərrahın əməliyyat qərarını necə verməsidir. Bir çox insanlar düşünür ki, həkimə müraciət edən hər bir xəstə mütləq şəkildə bıçaq altına yatmalıdır. Lakin tibb elmində və həkimlər arasında formalaşan yanaşmalar bu fikrin tamamilə yanlış olduğunu göstərir. Hər xəstəliyin və hər pasiyentin vəziyyəti fərdi şəkildə qiymətləndirilir. Xüsusilə döş qəfəsi cərrahiyyəsi kimi həssas sahələrdə dəqiq diaqnostika əsas rol oynayır.
Oxu24.com xəbər verir ki, cərrahlar arasında "Ən yaxşı əməliyyat baş tutmayan əməliyyatdır" deyimi mövcuddur. Bu o deməkdir ki, cərrah hər yanına gələn xəstəni əməliyyat etmir və hər xəstəliyin mütləq şəkildə əməliyyata göstərişi yoxdur.
Döş qəfəsi cərrahiyyəsində ən çox qarşılaşılan hallardan biri plevrit, yəni ağciyərlərin ətrafına plevral boşluğa maye yığılmasıdır. Bəzən miqdarından asılı olmayaraq, həmin mayeni boşaltmaq məcburiyyəti yaranır ki, burada həm diaqnostik vacibat durur, həm də xəstənin nəfəsinin düzəlməsi təmin edilir.
Amma bəzi plevrit hallarında, məsələn, ürək və ya böyrək çatışmazlığında xəstələrə ümumiyyətlə punksiya eləmirlər. Çünki bu zaman mayenin yığılma səbəbi ağciyər və ya plevra ilə deyil, birbaşa digər daxili orqanların fəaliyyətsizliyi ilə bağlıdır. Belə hallarda kardioloq və ya nefroloqun təyin etdiyi konservativ müalicə ilə maye sorulub gedir.
Böyük əməliyyatlara, məsələn, ağciyər xərçənginə gəldikdə isə, onkoloji xəstəliklərin müalicəsi müəyyən protokollar və mərhələlər üzrə aparılır:
•Dördüncü mərhələ: Ağciyər xərçəngi dördüncü mərhələdə adətən əməliyyat olunmur, çünki əməliyyat olunan və olunmayan xəstələrdə yaşam müddətində fərq müşahidə olunmur. Bu xəstələr yalnız konservativ müalicə, kimya və ya şüa terapiyası alırlar.
•Birinci və ikinci mərhələ (A variantı): Xəstəliyin ilkin mərhələlərində pasiyentləri birbaşa əməliyyat etmək imkanları olur.
•İkinci mərhələnin B variantı və üçüncü mərhələ: Bu mərhələlərdəki xəstələr adətən əvvəlcə kimyaterapiya alırlar, daha sonra isə əməliyyat olunurlar.
Nəticə etibarilə, cərrahın yanına getmək avtomatik olaraq mütləq əməliyyat olunacağınız anlamına gəlmir; hər bir qərar xəstəliyin xarakterindən və mərhələsindən asılı olaraq verilir.
Jalə
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.