Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
317
10.09.2026, 20:50
Qalxanabənzər vəzinin hormonlarının kifayət qədər ifraz olunmaması ilə xarakterizə edilən hipotireoz orqanizmdə maddələr mübadiləsinin yavaşlamasına və bir sıra fizioloji proseslərin pozulmasına səbəb ola bilər. Xüsusilə uzunmüddətli qəbizlik, köp, halsızlıq və ürək fəaliyyətində dəyişikliklər bu vəziyyətlə əlaqəli ola bilər.
Xalq arasında “tənbəl zob” kimi tanınan hipotireoz zamanı qalxanabənzər vəzinin fəaliyyəti zəifləyir. Nəticədə orqanizmdə gedən proseslər, o cümlədən bağırsaqların hərəkətliliyi və ürək-damar sisteminin fəaliyyəti yavaşıya bilər.
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı kardioloq Aynur Məmmədova ətraflı açıqlama verib.
Həkimin sözlərinə görə, bəzi pasiyentlər uzun müddət qəbizlik və köp şikayətlərindən əziyyət çəksələr də, problemin səbəbinin qalxanabənzər vəzinin fəaliyyətinin zəifləməsi olduğu sonradan müəyyənləşdirilir.
Mütəxəssis qeyd edib ki, qalxanabənzər vəzi hormonlarındakı pozulmalar maddələr mübadiləsinə birbaşa təsir göstərir. Bu isə bağırsaqların peristaltikasının zəifləməsinə, qəbizlik və köp kimi həzm problemlərinin yaranmasına səbəb ola bilər:
“Hipotireoz ürək-damar sisteminə də təsirsiz ötüşmür. Xəstəliyin uzun müddət nəzarətsiz qalması və düzgün müalicə olunmaması fonunda ürək fəaliyyətində müəyyən dəyişikliklər, həmçinin arterial təzyiq problemləri müşahidə oluna bilər”.
Həkim vurğulayır ki, uzun müddət davam edən qəbizlik, halsızlıq, köp və digər metabolik dəyişikliklər yalnız həzm sistemi ilə bağlı problem kimi qiymətləndirilməməlidir. Belə hallarda qalxanabənzər vəzinin funksiyasının da yoxlanılması vacibdir.
Mütəxəssisə görə, hipotireoz vaxtında aşkarlanaraq nəzarətə götürüldükdə xəstəliyin orqanizmin digər sistemlərinə mənfi təsirlərinin qarşısını almaq mümkündür.
Jalə
00:40 / 14 Noyabr 2026
14
00:02 / 14 Noyabr 2026
258
23:58 / 13 Noyabr 2026
67
23:49 / 13 Noyabr 2026
64
23:40 / 13 Noyabr 2026
77
23:28 / 13 Noyabr 2026
78
23:22 / 13 Noyabr 2026
87
23:17 / 13 Noyabr 2026
90
23:09 / 13 Noyabr 2026
100
23:05 / 13 Noyabr 2026
91
23:02 / 13 Noyabr 2026
94
22:53 / 13 Noyabr 2026
103
22:49 / 13 Noyabr 2026
98
22:41 / 13 Noyabr 2026
96
22:36 / 13 Noyabr 2026
115
22:18 / 13 Noyabr 2026
104
22:13 / 13 Noyabr 2026
104
22:03 / 13 Noyabr 2026
619
21:43 / 13 Noyabr 2026
947
21:36 / 13 Noyabr 2026
109
21:29 / 13 Noyabr 2026
136
21:24 / 13 Noyabr 2026
334
21:03 / 13 Noyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.