Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
312
04.09.2026, 16:55
Ürək-damar xəstəlikləri insan sağlamlığı üçün ciddi risklərdən biri olaraq qalır. Bəzi patologiyalar isə uzun müddət heç bir əlamət vermədən inkişaf edə və yalnız təsadüfi müayinə zamanı aşkarlana bilər.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən kardioloq Aynur Məmmədova bildirib ki, belə xəstəliklərdən biri də aorta anevrizmasıdır.
Həkimin sözlərinə görə, aorta anevrizması ürəkdən çıxan ən iri arterial damar olan aortanın divarlarının zəifləyərək genişlənməsi ilə xarakterizə olunur:
“Xəstəliyin yaranmasında bir sıra amillər rol oynaya bilər. Bunlara genetik meyillilik, uzun müddət nəzarətsiz qalan arterial təzyiq, yaş faktoru, xüsusilə 65 yaşdan yuxarı olmaq, eləcə də siqaret və digər tütün məhsullarından istifadə daxildir”.
Aynur Məmmədovanın sözlərinə görə, aorta anevrizmasının təhlükəli tərəflərindən biri uzun müddət heç bir simptom yaratmamasıdır:
“Xəstəlik uzun müddət heç bir əlamət verməyə bilər və hətta profilaktik və ya təsadüfi müayinə zamanı aşkarlana bilər. Bəzi pasiyentlər müxtəlif ağrılarla müraciət edir və EKQ müayinəsindən keçirlər. Bu zaman nəticə tam normal görünə bilər. Lakin bu, aortada problemin olmadığı anlamına gəlmir. Aorta anevrizması EKQ müayinəsində aşkarlanmır”.
Mütəxəssis bildirib ki, aortanın vəziyyətini qiymətləndirmək üçün əlavə instrumental müayinələrdən istifadə olunur. Onun sözlərinə görə, Exokardioqrafiya (EXO) müayinəsi aortanın ölçülərinin qiymətləndirilməsində mühüm rol oynayır.
Həkim vurğulayıb ki, müayinə zamanı aortanın ölçülərinin normadan böyük olduğu müəyyən edilərsə, pasiyent mütəmadi olaraq kardioloq nəzarətində olmalıdır:
“Arterial təzyiq və çəki nəzarətdə saxlanılmalı, siqaretdən imtina edilməlidir. Aortanın genişlənməsi kritik ölçülərə çatdıqda isə vaxtında müdaxilə və cərrahi müalicə məsələsi qiymətləndirilməlidir. Əks halda aorta anevrizması ciddi fəsadlara, o cümlədən həyati təhlükəli vəziyyətlərə səbəb ola bilər”, – deyə kardioloq əlavə edib.
Jalə
00:40 / 14 Noyabr 2026
14
00:02 / 14 Noyabr 2026
258
23:58 / 13 Noyabr 2026
67
23:49 / 13 Noyabr 2026
64
23:40 / 13 Noyabr 2026
77
23:28 / 13 Noyabr 2026
78
23:22 / 13 Noyabr 2026
87
23:17 / 13 Noyabr 2026
90
23:09 / 13 Noyabr 2026
100
23:05 / 13 Noyabr 2026
91
23:02 / 13 Noyabr 2026
94
22:53 / 13 Noyabr 2026
103
22:49 / 13 Noyabr 2026
98
22:41 / 13 Noyabr 2026
96
22:36 / 13 Noyabr 2026
115
22:18 / 13 Noyabr 2026
104
22:13 / 13 Noyabr 2026
104
22:03 / 13 Noyabr 2026
619
21:43 / 13 Noyabr 2026
947
21:36 / 13 Noyabr 2026
109
21:29 / 13 Noyabr 2026
136
21:24 / 13 Noyabr 2026
334
21:03 / 13 Noyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.