Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
349
03.09.2026, 14:38
Son dövrlərdə əhali arasında vitamin və qida əlavələrinin həkim məsləhəti olmadan, özbaşına qəbul edilməsi halları geniş vüsət alıb. Xüsusilə D vitamininin faydaları barədə formalaşan fikirlər bəzi insanların bu preparatı lüzumsuz və normadan artıq istifadə etməsinə gətirib çıxarır. Lakin mütəxəssislər bildirirlər ki, vitamin çatışmazlığı qədər onun orqanizmdə normadan artıq toplanması da ağır fəsadlara yol açır. Nəzarətsiz qəbul edilən D vitamini ilk növbədə böyrək və ürək-damar sisteminin fəaliyyətində ciddi pozuntular yaradır. Bundan əlavə, preparatın yanlış saatlarda qəbul edilməsi yuxu rejimini və hormonal balansı kökündən pozur.
Oxu24.com xəbər verir ki, D vitamininin əksikliyi kimi artıqlığı da insan orqanizmi üçün son dərəcə zərərlidir. D vitamini nəzarətsiz olaraq çoxlu miqdarda qəbul olunarsa, ilk növbədə böyrəkləri zədələyəcək, böyrək daşı və kalsinozlaşma yaradacaq. Hətta ultrasəs müayinəsində daş görünməsə belə, böyrəyin özünün kalsinatlaşdığı, kirəcləşdiyi müşahidə olunur.
Daha sonra bu hal ritm pozğunluğuna, təzyiqin yüksəlməsinə və damarların sərtləşməsinə gətirib çıxara bilər.
Həkimlər D vitaminini təyin edərkən əsasən gündəlik dozalara üstünlük verirlər və bu zaman xəstənin çəkisinə uyğun doza müəyyənləşdirilir. Preparatın səhər və günorta saatlarında qəbul olunması daha məqsədəuyğundur.
Əgər D vitamini axşam saatlarında qəbul edilərsə, melatonin sintezini pozacaq və yuxu pozuntusu yaradacaq. Bu səbəbdən D vitaminini özbaşına qəbul etməyin, mütləq sizi nəzarətdə saxlayan həkiminizlə məsləhətləşin.
Nigar
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.