Orqan transplantasiyasında əsas çatışmazlıq nədir? –Ekspert DANIŞDI
23 Oktyabr 2026, 23:13
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
281
01.09.2026, 15:40
Tibbi sahədə ən çox müzakirə olunan mövzulardan biri də qan parçalanması prosesinin müddəti və onun insan orqanizminə təsiridir. Bir çox insanlar bu prosesin müvəqqəti olduğunu düşünərək yanıla bilirlər. Lakin mütəxəssislər bu halın əslində tamamilə fərqli xüsusiyyətlərə malik olduğunu bildirirlər. Qan parçalanması ilə bağlı yaranan suallar hər zaman xəstələrin və valideynlərin diqqət mərkəzindədir. Xüsusilə uşaqlarda bu prosesin necə tənzimlənməsi mühüm əhəmiyyət daşıyır.
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı sualları cavablandıran Dr. Mireldar Babayev – Pediatr-Hematoloqdur. O, qan parçalanması prosesinin mahiyyəti və xəstələrin müalicə taktikası barədə ətraflı danışıb.
Dr. Mireldar Babayev bildirib ki, qan parçalanması ömürlük olan bir prosesdir:
“Məsələn, uşağın üç yaşına, beş yaşına qədər qanı parçalanır, gələcəkdə parçalanmayacaq deyə bir şey yoxdur. Bu, hər zaman baş verən fizioloji prosesdir və ömür boyu həmin insanın müşayiətçisidir. Ona görə də hər zaman qan parçalanmasının mümkün olması ehtimalı gündəmdə qalır”.
Həkim qeyd edib ki, belə xəstələrə bizə müraciət edərkən diaqnoz qoyulur və müalicə aparılır. Heç vaxt bu xəstələri evə yola salarkən onlara yaddaş arayışı vermirik. Çünki paxlalı bitkilərin adları, özləri və eyni zamanda müxtəlif dərman preparatları var ki, onların da qəbulu bu xəstələrdə qan parçalanması verə bilər. Həmin dərmanların bütün hamısının siyahısı verilir ki, bu xəstələr indi də, sonda da, gələcəkdə həyat boyu bu dərmanlardan istifadə etməsinlər.
Onun sözlərinə görə, bəzən insanlar deyirlər ki, yaxşı, bəs vitamin C yeməklərin tərkibində var, çox şeyin tərkibində var, necə olur ki, bu qəbul olunanda parçalanma olmur? Vitamin C əgər iynə formasında damara yeridilərsə, o zaman onun hemoliz vermək şansı yüksəkdir, yəni olacaq. Amma qida daxilində orqanizm qəbul edəcəksə, o zaman hemoliz baş verməyəcək.
Jalə
23:16 / 24 Oktyabr 2026
123
22:52 / 24 Oktyabr 2026
95
22:34 / 24 Oktyabr 2026
88
22:14 / 24 Oktyabr 2026
79
22:05 / 24 Oktyabr 2026
258
21:42 / 24 Oktyabr 2026
1464
21:28 / 24 Oktyabr 2026
85
21:12 / 24 Oktyabr 2026
91
21:07 / 24 Oktyabr 2026
87
20:52 / 24 Oktyabr 2026
86
20:34 / 24 Oktyabr 2026
91
20:31 / 24 Oktyabr 2026
861
20:12 / 24 Oktyabr 2026
98
20:05 / 24 Oktyabr 2026
99
19:55 / 24 Oktyabr 2026
91
19:40 / 24 Oktyabr 2026
94
19:09 / 24 Oktyabr 2026
126
18:55 / 24 Oktyabr 2026
89
18:40 / 24 Oktyabr 2026
104
18:27 / 24 Oktyabr 2026
99
18:20 / 24 Oktyabr 2026
388
18:13 / 24 Oktyabr 2026
563
18:07 / 24 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.