Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
345
31.08.2026, 14:40
Alma sirkəsinin damarları təmizlədiyi və təzyiqi tənzimlədiyi barədə cəmiyyətdə geniş yayılmış yanlış inanclar mövcuddur. Bir çox insan həkim məsləhəti olmadan müxtəlif xalq təbabəti üsullarına güvənərək bu vasitədən damar tıxanqlığının qarşısını almaq üçün gündəlik istifadə edir. Lakin mütəxəssislər aşırı sirkə qəbulunun faydadan çox ciddi sağlamlıq fəsadlarına yol aça biləcəyi ilə bağlı həyacan təbili çalırlar. Elmə əsaslanmayan bu kimi vasitələr bəzən həyati təhlükə yaradan xəstəliklərin vaxtında müalicə olunmasının qarşısını alır. Bəs reallıqda alma sirkəsi damarları açırmı, yoxsa bu sadəcə tibbi əsası olmayan bir mifdir? Mövzu ilə bağlı təfərrüatları öyrənmək üçün mütəxəssis rəyinə müraciət etdik.
Oxu24.com xəbər verir ki, Baku Medikal Plazanın kardioloqu Dr. Üzeyir Rəhimov alma sirkəsinin orqanizmə və damar sağlamlığına təsiri ilə bağlı geniş açıqlama verib.
Kardioloq bildirib ki, alma sirkəsi yalnız yeməkdən sonra qandakı şəkər miqdarını azaldır və heyvanlar üzərində aparılan təcrübələrdə triqliserid dediyimiz yağları azaltdığı göstərilib. Lakin pis xolesterini (LDL) düşürdüyü insanlarda sübuta yetirilməyib. Alma sirkəsinin ürək damarlarını açması haqqında isə heç bir elmi əsas yoxdur.
Həkim qeyd edib ki, əksinə, qədərsiz istifadə edilən alma sirkəsinin orqanizm üçün ciddi zərərləri var:
•Diş minasının zədələnməsi: Sirkənin tərkibindəki turşu diş minasının zədələnməsinə səbəb olur.
•Mədə yaraları: Sirkə daha çox antiseptik və təmizləyici maddə kimi istifadə edildiyindən, azğın miqdarda qəbul edildikdə qida borusunda və mədədə yaralar yaradır.
•Bağırsaq paralici (parez): Xüsusilə şəkər xəstələrində bağırsaq hərəkətlərini yavaşlatdığı üçün bağırsaq parezinə (iflicinə) gətirib çıxara bilər.
•Sümük ərəməsi: Həddindən artıq qəbul edildikdə sümüklərdə ərəmələrə və zəifləməyə yol açır.
Dr. Üzeyir Rəhimov vurğulayıb ki, yeməklərə və salatlara az miqdarda əlavə edilən alma sirkəsi faydalı olsa da, onun damar açıcı heç bir təsiri yoxdur.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.