Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
285
25.08.2026, 14:10
Avqust ayında gözlənilən geomaqnit aktivliyi və maqnit qasırğaları ilə bağlı yayılan məlumatlar əhali arasında müəyyən narahatlığa səbəb olub. Xüsusilə ürək-damar xəstəliklərindən əziyyət çəkən və meteohəssas şəxslər bu cür təbiət hadisələrinin onların səhhətinə mənfi təsir göstərəcəyindən narahatlıq keçirirlər. Elmi baxımdan maqnit qasırğasının insan orqanizminə birbaşa zərər vurması barədə qəti sübutlar olmasa da, belə günlərdə bəzi insanlarda təzyiq tərəddüdləri, ritm pozuntuları, baş ağrıları və yorğunluq hissi müşahidə edilə bilər. Mütəxəssislər xroniki xəstələrin belə havalarda qəbul etdikləri həbləri kəsməmələrini və sağlamlıqlarına daha diqqətlə yanaşmalarını tövsiyə edirlər. Eyni zamanda sinədə göynəmə, təngnəfəslik və şiddətli ağrı kimi əlamətlər yaranarsa, bunu meteohəssaslıqla əlaqələndirmədən dərhal mütəxəssisə müraciət etmək vacib sayılır.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən kardioloq Dr. Aynur Məmmədova maqnit qasırğası günlərində orqanizmin qorunması yollarını və vacib məqamları diqqətə çatdırıb:
"İlk olaraq qeyd etmək istəyirəm ki, maqnit qasırğasının insan sağlamlığına təsiri barədə heç bir elmi sübut və dəlil yoxdur. Lakin belə günlərdə həqiqətən də insan səhhətində bəzi dəyişikliklər ola bilər və bu, əsasən meteohəssas insanlarda özünü göstərir”.
Həkim qeyd edib ki, təzyiqin qalxması, ritm pozuntusu, baş ağrısı, ümumi zəiflik və yorğunluq hissi yarana bilər. Belə hallarda insanlar dərmanlarını heç bir şəkildə dayandırmamalı, eyni qaydada qəbul etməyə davam etməlidirlər:
“Təmiz havada olsunlar, yuxuya fikir versinlər, bol su içsinlər, stresi idarə etsinlər, vaxtında yatıb-qidalansınlar və daha çox sağlam qidalara üstünlük versinlər. Amma sinədə göynəmə, ağrı, yanıq və təngnəfəslik kimi hallar olarsa, bunu meteohəssaslığa bağlamasınlar, dərhal həkimə müraciət etsinlər”.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.