Yağlı yeməkdən sonra gəyirmə: Nəyə işarədir?
21 Avqust 2026, 15:55
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
116
20.08.2026, 13:40
İmmunitet zəifləməsi, soyuqdəymə və ya güclü stres zamanı dodaq kənarında yaranan uçuqlar ciddi təhlükə mənbəyi ola bilər. Mütəxəssislərin bildirdiyinə görə, uçuqlara səbəb olan herpes virusu uşaqlıqdan bədəndə yaşayır və orqanizm zəiflədikdə aktivləşir. Ən böyük risk isə bu virusun infeksiya şəklində gözlərə keçmə ehtimalıdır. Dodaqdakı uçuq nahiyəsinə toxunduqdan sonra gözləri ovuşdurmaq görmə qabiliyyətinin itirilməsinə aparan ağır fəsadlar yarada bilər.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Dr. Benyamin Kərimov məsələnin detallarını belə izah edib:
"Dodağın kənarında bəzən soyuqdəyəndə və yaxud qorxanda, immunitetimiz düşəndə uçuqlamalar görürük. Bunlar herpesdir və gözə düşə bilər. Dodaq kənarından çıxan uçuqlar, hansı ki, bizim immun sistemimiz zəifləyəndə baş verir, həmin herpes virusudur”.
Onun sözlərinə görə, Herpes virusları çox təhlükəli virusdur:
“Əslində bizim hamımızda herpes virusu var. Uşaqlıqdan biz suçiçəyi xəstəliyi keçirəndən sonra herpes bizim onurğa mayemizdə yaşayır və haçan ki, bizim immun sistemimiz zəiflədi — möhkəm soyuqladıq, vitaminsiz qaldıq və yaxud qorxduq, stres keçirtdik — bu zaman həmin o herpes virusları özlərini uçuq kimi büruzə verə bilir. Həmin an diqqətli olmaq lazımdır. Əgər siz həmin yerləri, uçuqları qaşıyıb, sonradan onu gözünüzə vursanız, onda həmin o herpes gözünüzə keçə bilər və herpes keratiti yarada bilər”.
Sonda həkim əlavə edib ki, Herpes keratiti isə korluğa aparan bir xəstəlikdir. Çox təhlükəli bir xəstəlikdir, ona görə çox diqqətli olmaq lazımdır. Həmin vaxtları gözünüzü ovxalamaq olmaz.
23:00 / 21 Avqust 2026
7
22:39 / 21 Avqust 2026
18
22:25 / 21 Avqust 2026
48
22:11 / 21 Avqust 2026
57
21:57 / 21 Avqust 2026
66
21:30 / 21 Avqust 2026
62
20:56 / 21 Avqust 2026
68
20:52 / 21 Avqust 2026
65
20:14 / 21 Avqust 2026
76
19:42 / 21 Avqust 2026
90
19:21 / 21 Avqust 2026
92
19:08 / 21 Avqust 2026
168
18:46 / 21 Avqust 2026
98
18:41 / 21 Avqust 2026
77
18:33 / 21 Avqust 2026
94
18:20 / 21 Avqust 2026
75
18:10 / 21 Avqust 2026
111
17:59 / 21 Avqust 2026
96
17:45 / 21 Avqust 2026
120
17:30 / 21 Avqust 2026
101
17:10 / 21 Avqust 2026
133
17:00 / 21 Avqust 2026
86
16:58 / 21 Avqust 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.