Orqan transplantasiyasında əsas çatışmazlıq nədir? –Ekspert DANIŞDI
23 Oktyabr 2026, 23:13
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
269
20.08.2026, 12:59
Bir çox insan sol böyrü üstə uzandığı zaman ürək nahiyəsində narahatlıq və ya ağrı hiss etdiyindən şikayətlənir. Gündəlik həyatda tez-tez qarşılaşılan bu hal bir çoxlarında infarkt və ya ciddi ürək xəstəliyi qorxusu yaradır. Lakin tibbi baxımdan vücudun mövqeyini dəyişərkən yaranan ağrıların ürək patologiyaları ilə bilavasitə bağlılığı fərqli qiymətləndirilir. Mütəxəssislər bildirirlər ki, təbii anatomik qoruma sisteminə malik olan ürək yalnız bədənin dönməsi ilə sıxışmır və ya ağrı vermir. Əksər hallarda bu növdən olan narahatlıqlar dayaq-hərəkət aparatı və ya sinir sistemi ilə bağlı problemlərin göstəricisidir. Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı həkim-kardioloq Afaq Həsənova məlumat verib.
Mövzu ilə bağlı açıqlama verən həkim-kardioloq Dr. Afaq Həsənova bildirib ki, bu simptom ürək xəstəlikləri ilə əlaqəli deyil:
"Xəstələrimiz tez-tez bu sualı verirlər: 'Doktor, sol böyrü üstə uzana bilmirəm, sol böyrü üstə uzananda ürəyimdə ağrılar olur. Bu, ürəklə əlaqəlidirmi?' Xeyr, bu, ürəklə əlaqəli bir simptom deyildir. Çünki bizim ürəyimiz ürək kisəsində yerləşir”.
Həkimin sözlərinə görə, ürək kisəsinin ətrafında əzələ, piy toxuması və qabırğalarımız var:
“Biz istər sol, istərsə də sağ böyrü üstə çevrilsək, bunun ürəyə heç bir təsiri yoxdur. Bu, yalnız onurğada bir problem olarsa, əzələlərdə gərginlik olarsa, sinirlərdə spazm olarsa və yaxud köp ilə əlaqədar ağrılar olarsa, yarana bilər. Sol böyrü üstə çevrilən zaman olan ağrılar ürək ağrısı deyildir”.
23:16 / 24 Oktyabr 2026
29
22:52 / 24 Oktyabr 2026
45
22:34 / 24 Oktyabr 2026
69
22:14 / 24 Oktyabr 2026
66
22:05 / 24 Oktyabr 2026
173
21:42 / 24 Oktyabr 2026
1063
21:28 / 24 Oktyabr 2026
75
21:12 / 24 Oktyabr 2026
85
21:07 / 24 Oktyabr 2026
77
20:52 / 24 Oktyabr 2026
80
20:34 / 24 Oktyabr 2026
85
20:31 / 24 Oktyabr 2026
744
20:12 / 24 Oktyabr 2026
87
20:05 / 24 Oktyabr 2026
95
19:55 / 24 Oktyabr 2026
87
19:40 / 24 Oktyabr 2026
90
19:09 / 24 Oktyabr 2026
115
18:55 / 24 Oktyabr 2026
87
18:40 / 24 Oktyabr 2026
99
18:27 / 24 Oktyabr 2026
97
18:20 / 24 Oktyabr 2026
337
18:13 / 24 Oktyabr 2026
412
18:07 / 24 Oktyabr 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.