Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
283
19.08.2026, 15:45
Son dövrdə orqanizmin immunitet sistemini gücləndirmək və müxtəlif xəstəliklərlə mübarizə aparmaq üçün mineral və vitamin qəbuluna maraq nəzərə çarpacaq dərəcədə artıb. Xüsusilə antioksidant xüsusiyyətləri ilə tanınan selen mikroelementi bir çox insanın gündəlik qida rasionunun və ya müalicə planının vacib tərkib hissəsinə çevrilib. Lakin həkim nəzarəti olmadan və ya normadan artıq selen qəbul edilməsi orqanizmdə ciddi sağlamlıq problemlərinin yaranmasına səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, faydalı hesab edilən bu elementin normadan artıq qəbulu zəhərlənməyə və orqanların funksiyasının pozulmasına şərait yaradır. Bu səbəbdən qida əlavələrindən istifadə edərkən mütləq doza həddinə diqqət yetirilməli və paralel qəbul edilən preparatların tərkibi nəzarətdə saxlanılmalıdır.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən kardioloq Aynur Məmmədova həkim selen elementinin orqanizmə təsirləri və həddindən artıq qəbulunun fəsadları barədə məlumat verib.
O bildirib ki, Selen orqanizm üçün çox vacib mikroelementlərdən biridir:
“O, güclü antioksidant təsirə malikdir, immunitet sistemini qaldırır və xüsusilə Xaşimoto zobu xəstəliyinin müalicəsində ən çox istifadə olunan mineral hesab olunur. Lakin hər bir faydalı maddə kimi, selenin də artıqlığı orqanizm üçün son derece zərərlidir və 'selenoz' adlanan xəstəliyin yaranmasına gətirib çıxarır”.
Onun sözlərinə görə, Selenoz zamanı insanlarda ürəkbulanma, saç tökülməsi, eləcə də qaraciyər və böyrəklərin funksiyasının pozulması kimi ciddi ağırlaşmalar müşahidə edilə bilər. Nəzərə almaq lazımdır ki, insanın günlük selen tələbatı 55 mikroqramdır. Əgər bu göstərici günlük 400 mikroqramı keçərsə, qeyd etdiyim mənfi əlamətlər özünü büruzə verməyə başlayacaq.
“Əgər həkiminiz sizə Xaşimoto zobu və ya digər səbəblərdən ayrıca selen preparatı təyin edibsə, paralel olaraq başqa polivitaminlər qəbul edərkən çox diqqətli olmalısınız. İstifadə etdiyiniz digər polivitaminlərin tərkibindəki selenin dozasına mütləq diqqət yetirməli və doza həddini aşmamalısınız”,- deyə o əlavə edib.
00:40 / 14 Noyabr 2026
14
00:02 / 14 Noyabr 2026
258
23:58 / 13 Noyabr 2026
67
23:49 / 13 Noyabr 2026
64
23:40 / 13 Noyabr 2026
77
23:28 / 13 Noyabr 2026
78
23:22 / 13 Noyabr 2026
87
23:17 / 13 Noyabr 2026
90
23:09 / 13 Noyabr 2026
100
23:05 / 13 Noyabr 2026
91
23:02 / 13 Noyabr 2026
94
22:53 / 13 Noyabr 2026
103
22:49 / 13 Noyabr 2026
98
22:41 / 13 Noyabr 2026
96
22:36 / 13 Noyabr 2026
115
22:18 / 13 Noyabr 2026
104
22:13 / 13 Noyabr 2026
104
22:03 / 13 Noyabr 2026
619
21:43 / 13 Noyabr 2026
947
21:36 / 13 Noyabr 2026
109
21:29 / 13 Noyabr 2026
136
21:24 / 13 Noyabr 2026
334
21:03 / 13 Noyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.