Yağlı yeməkdən sonra gəyirmə: Nəyə işarədir?
21 Avqust 2026, 15:55
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
123
19.08.2026, 14:50
Müasir dövrdə geniş yayılan səhhət problemlərindən biri də orqanizmdə dəmir çatışmazlığı və bunun nəticəsində yaranan anemiyadır. Bir çox hallarda müalicə kursu keçirilsə də, problem müəyyən müddətdən sonra yenidən təkrarlanır. Həkimlərin fikrincə, xəstəliyin kökündə duran əsl səbəb tapılmadıqda və ya müalicə axıra qədər tamamlanmadıqda anemiya qayıdır. Bundan əlavə, rasionda ət məhsullarından lazımi qədər istifadə olunmaması və ya mədə-bağırsaq sistemində sorulma probleminin olması da dəmirin mənimsənilməsinə mane olur.
Bu məsələyə aydınlıq gətirmək üçün həkim-mütəxəssis dr. Mir Eldar Babayev Oxu24.com-a geniş açıqlama verib.
Həkim təkrar anemiya yaradan başlıca amilləri belə şərh edib:
"Dəmir çatışmazlığı və ya dəmir defisitli anemiya təkrar şəkillərdə doğrudan da qayıda bilər. Bu, o hallarda baş verir ki, xəstəlik ya axıra qədər müalicə olunmur, ya da bu xəstəliyi yaradan əsas səbəb tapılmır. Dəmir defisitli anemiyanın hər bir səbəbini həm insanlar, həm də mütəxəssislər dəqiq bilsələr, bu xəstəliyi bir dəfəlik müalicə etmək daha rahat olar”.
Həkim əsas səbəblərin aşağıdakılar olduğunu qeyd edib:
•Qidalanma faktoru: Bədənə daxil olan qida yetərincə və hərtərəfli olmaya bilər. Xüsusilə ət məhsullarından kifayət qədər istifadə etmək vacibdir.
•Sorulma problemi: Qida qəbulu tam normal ola bilər, lakin həmin qidanın mədə-bağırsaq traktında sorulmasında problem yaşana bilər. Zəif sorulma nəticəsində müəyyən müddətdən sonra müalicə olunmuş xəstə təkrarən dəmir defisitli anemiyadan əziyyət çəkir.
23:00 / 21 Avqust 2026
24
22:39 / 21 Avqust 2026
26
22:25 / 21 Avqust 2026
52
22:11 / 21 Avqust 2026
60
21:57 / 21 Avqust 2026
69
21:30 / 21 Avqust 2026
64
20:56 / 21 Avqust 2026
69
20:52 / 21 Avqust 2026
65
20:14 / 21 Avqust 2026
77
19:42 / 21 Avqust 2026
91
19:21 / 21 Avqust 2026
92
19:08 / 21 Avqust 2026
168
18:46 / 21 Avqust 2026
98
18:41 / 21 Avqust 2026
77
18:33 / 21 Avqust 2026
94
18:20 / 21 Avqust 2026
75
18:10 / 21 Avqust 2026
111
17:59 / 21 Avqust 2026
96
17:45 / 21 Avqust 2026
121
17:30 / 21 Avqust 2026
101
17:10 / 21 Avqust 2026
133
17:00 / 21 Avqust 2026
86
16:58 / 21 Avqust 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.