Yağlı yeməkdən sonra gəyirmə: Nəyə işarədir?
21 Avqust 2026, 15:55
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
147
18.08.2026, 13:45
Müasir dövrdə insult yalnız yaşlı nəsildə deyil, gənclər və yeniyetmələr arasında da sürətlə yayılmağa başlayıb. Həyat tərzinin dəyişməsi və oturaq rejim bu xəstəliyin cavanlaşmasında əsas rol oynayır. Bir çox gənclər yüksək qan təzyiqindən əziyyət çəksələr də, hər hansı narahatlıq hiss etmədikləri üçün buna biganə yanaşırlar. Lakin yüksək arterial təzyiq orqanizmdə heç bir əlamət büruzə vermədən xroniki şəkildə inkişaf edərək gizli düşmən rolunu oynaya bilər. Gün ərzində saatlarla masa arxasında oturmaq, zərərli vərdişlər və nizamsız qidalanma qanda xolesterinin dərəcəsini qaldıraraq damar tutulmalarına zəmin yaradır. Bu cür laqeydlik gənc yaşda beyin qan dövranının kəskin pozulmasına və qəfil insulta səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, hər bir gənc orqanizmindəki bu siqnallara vaxtında diqqət ayırmalı və mütəmadi həkim nəzarətindən keçməlidir. Erkən müayinə və həyat tərzində edilən dəyişikliklər gələcəkdə yarana biləcək ağır fəsadların qarşısını almağın tək yoludur.
Oxu24.com mütəxəssis rəyini öyrənmək üçün həkim-nevropatoloq Yeganə Rəşidovaya müraciət edib.
Nevropatoloq Yeganə Rəşidovanın açıqlamasında bildirib ki, bu problem çox zaman həqiqətən çox ciddi narahatlıqlara gətirib çıxarır:
“Əgər bir gənc də arterial təzyiqi yüksəkdir də və biraz öz səhhətinə ciddi fikir vermirsə, bu doğrudan da çox ciddi bir narahatlığa, xüsusilə də ki, beyin qan dövranının kəskin pozuntusuna səbəb ola bilər”.
O qeyd edib ki, arterial təzyiq bəzən lal bir düşmən rolunu oynayır.
Əgər bu insanda arterial təzyiq yüksəkdirsa, hərəkətsiz bir işdə çalışırsa, bütün günü oturaq rejimdə çalışırsa, xolesterin fraksiyaları yüksəkdirsa və irsi faktoru varsa, gənc yaşına baxmayaraq bu istənilən bir an, istənilən bir vaxtda bu beyin qan dövranı pozuntusu sizin qapınızı da döyə bilər.
Həkimin sözlərinə görə, mütləq xolesterin fraksiyaları normada saxlanılmalıdır, arterial təzyiq normada saxlanılmalıdır, yuxu rejiminə və qida rejiminə çox ciddi fikir verilməlidir. Siqaret varsa aradan qalxmalı, alkroqol qəbulu aradan qalxmalı, şəkər varsa normaya salınmalı — birmanalı, yəni həkimin, kardiolok və nevroloq nəzarəti altında olmalıdır.
23:49 / 21 Avqust 2026
1
23:00 / 21 Avqust 2026
31
22:39 / 21 Avqust 2026
32
22:25 / 21 Avqust 2026
54
22:11 / 21 Avqust 2026
61
21:57 / 21 Avqust 2026
72
21:30 / 21 Avqust 2026
65
20:56 / 21 Avqust 2026
71
20:52 / 21 Avqust 2026
66
20:14 / 21 Avqust 2026
77
19:42 / 21 Avqust 2026
91
19:21 / 21 Avqust 2026
93
19:08 / 21 Avqust 2026
168
18:46 / 21 Avqust 2026
98
18:41 / 21 Avqust 2026
77
18:33 / 21 Avqust 2026
94
18:20 / 21 Avqust 2026
75
18:10 / 21 Avqust 2026
111
17:59 / 21 Avqust 2026
96
17:45 / 21 Avqust 2026
121
17:30 / 21 Avqust 2026
101
17:10 / 21 Avqust 2026
133
17:00 / 21 Avqust 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.