Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
261
17.08.2026, 15:05
Xoralı kolit yoğun bağırsağın selikli qişasının xroniki, residivləşən iltihabi-destruktik xəstəliyidir. Patologiyanın kəskinləşmə dövründə peroral yolla qəbul edilən qidaların tərkibi bağırsaq peristaltikasına və selikli qişanın bərpasına bilavasitə təsir göstərir. Təqdim olunmuş tövsiyələr xoralı kolit zamanı rasionun korreksiyası və həzm traktının epitelizasiyasına dəstək məqsədi daşıyır.
Yoğun bağırsaq epiteli üçün qıcıqlandırıcı təsiri minimum olan, büzücü və bərpaedici xüsusiyyətlərə malik meyvələrin istifadəsi məqsədəuyğundur:
•Xurma (Diospyros) və finik (Phoenix dactylifera): Tərkibindəki yüksək miqdarda tənən (aşı maddələri) maddələri sayəsində bağırsaq selikli qişasında büzücü və iltihabəleyhinə təsir göstərir.
•Armud (Pyrus) və Nar (Punica granatum): Həzm sisteminin selikli qişasının regenerasiyasına kömək edir və ishalın (diareyanın) tezliyini azaltmağa yönəlmişdir.
•Kəl əzgil (Mespilus germanica) və İğdə (Elaeagnus): Yüksək fitonsid və büzücü komponent tərkibinə görə bağırsaqda sekretor disfunksiyanı normallaşdırır.
•Banan (Musa): Tərkibindəki həll olan liflər (pektin) və yumşaq struktur sayəsində mexaniki qıcıqlanma yaratmadan asan mənimsənilir.
Məhdudlaşdırılması və ya qadağan olunması gərəkən qidalar
Xəstəliyin kəskinləşmə riskini artıran və hipermotorikanı stimullaşdıran qida məhsullarının rasiondan çıxarılması vacibdir:
•Yüksək turşuluq və lif tərkibli meyvələr: Gavalı, şaftalı, alma, alça və üzüm kimi meyvələr fermetasiya proseslərini sürətləndirir, bağırsaq peristaltikasını kəskin artırır və meteorizmə (qaz əmələgəlməyə) səbəb olur.
•Zəngin lipidli (yağlı) və yüksək karbohidratlı qidalar: Doymuş yağlar, xəmir xörəkləri, rafinə olunmuş karbohidratlar və rafinə olunmuş şəkər həzm fermentlərinin yükünü artırır, bağırsağın mikrobiota balansı pozularaq iltihabi ocaqların genişlənməsinə şərait yaradır.
Xoralı kolit xəstələrində dietoterapiya mexaniki, kimyəvi və termiki qoruyucu rejim prinsipinə əsaslanmalı, qida maddələri iltihablaşmış selikli qişanı qıcıqlandırmayacaq şəkildə seçilməlidir.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.