Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
285
14.08.2026, 13:30
Mövsüm dəyişiklikləri və immun sisteminin zəifləməsi nəticəsində əhalinin böyük hissəsi boğaz və burun nahiyəsində yaranan badamcıq iltihabından (qlandalardan) əziyyət çəkir. Müasir dövrdə bir çox insan kimyəvi tərkibli dərmanlardan ziyadə təbii və bitki mənşəli müalicə üsullarına üstünlük verir. Xüsusilə boğazda yaranan iltihabı aradan qaldırmaq və toxumaları bərpa etmək üçün istifadə olunan təbii yağlar böyük əhəmiyyət kəsb edir. Hazır satılan bəzi təbii vasitələrin qiymətinin yüksək olması isə vətəndaşları bu vasitələri ev şəraitində hazırlamağa sövq edir. Təbii vasitələrin düzgün nisbətdə və qaydada hazırlanması müalicənin effektivliyini bir neçə dəfə artırır.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən həkim-fitoterapevt Füzuli Hüseynov badamcıq iltihabının müalicəsində istifadə olunan ən təsirli təbii üsulu və onun evdə hazırlanma qaydasını bölüşüb:
*"Badamcıqlar, yəni qlandalar həm boğazda, həm də burunda ola bilər, lakin ən çox boğaz nahiyəsində müşahidə olunur. Bunun müalicəsində udindi (ut-i hindi) və propolis tərkibli yağlar çox effektivdir. İstehlakçılar hazır udindi yağını alıb gün ərzində 1-3 dəfə ağızlarına bir çay qaşığı tökərək qarqara edib udmalıdırlar”.
Onun sözlərinə görə, əgər hazır məhsul almaq büdcənizə sərfəli deyilsə, onu evdə də asanlıqla hazırlaya bilərsiniz:
“Bunun üçün 200 qram zeytun yağının üzərinə 2 dolu xörək qaşığı udindi tozu əlavə edib qarışdırın. Qarışığı SOBADA (sobada) 60 dərəcə temperaturda təxminən 2 saat sa saxlayın. Müddət bitdikdən sonra yağı süzün – artıq udindi yağınız hazırdır. Bu yağla müntəzəm qarqara edib udduqda badamcıqlar qısa müddətdə iltihabdan təmizlənəcəkdir”.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.