Fitoterapevtdən viruslarla bağlı vacib xəbərdarlıq
31 İyul 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
74
31.07.2026, 14:30
Müasir dövrdə uşaqlar və gənclər arasında onurğa əyriliklərinə, xüsusilə də skolioz xəstəliyinə kifayət qədər tez-tez rast gəlinir. Erkən mərhələdə aşkar edilməyən skolioz gələcəkdə ciddi səhhət problemlərinə və bədən duruşunun kəskin pozulmasına gətirib çıxara bilir. Bu səbəbdən valideynlərin uşaqlarının duruş qüsurlarını vaxtında hiss etmələri və profilaktik baxış keçirmələri böyük əhəmiyyət kəsb edir. Çox vaxt valideynləri bir sual düşündürür: ev şəraitində uşaqda skoliozun olub-olmadığını müəyyən etmək mümkündürmü? Mütəxəssislər bildirirlər ki, sadə bir neçə üsulla evdə də ilk şübhəli əlamətləri müşahidə etmək mümkündür.
Mövzu ilə bağlı Oxu24.com-a uzman fizioterapevt Sənan Cəfərov bildiriş edib.
Həkim-fizioterapevt ev şəraitində skoliozun necə yoxlanıla biləcəyini belə izah edib:
"Əvvəlcə iki çiyin arasındakı məsafəyə və səviyyəyə baxılır. Əgər çiyinlər bərabərdirsə, ilk baxışda problem yox kimi görünə bilər. Lakin bu bəzən aldadıcı olur. Xüsusilə 'S'vari skoliozlarda alt və üst əyriliklər o qədər simmetrik olur ki, zahirən heç bir problem görünməsə də, əslində uşaqda ciddi skolioz olur”.
Onun sözlərinə görə, evdə dəqiq yoxlamaq üçün uşağın iki ayağını birləşdirib önə doğru əyilməsini və barmaq ucları ilə yerə toxunmasını istəyirik. Əgər əl yerə dəymirsə, bu artıq bir problemin göstəricisidir. Həmçinin əyilmə zamanı onurğada sağ-sol asimmetriyası, eləcə də arxadan baxdıqda kürək sümüklərindən birinin digərinə nisbətən aşağıda və ya yuxarıda olması skoliozun əlamətidir.
“Əgər valideynlər bu hallardan hər hansı birini müşahidə edərlərsə, mütləq peşəkar həkimə müraciət etməlidirlər. Nəzərə almaq lazımdır ki, skolioz xəstələrinin baxmalı olduğu iki əsas mütəxəssis var”,- deyə o bildirib.
15:45 / 31 İyul 2026
1
15:45 / 31 İyul 2026
6
15:30 / 31 İyul 2026
20
15:12 / 31 İyul 2026
41
15:10 / 31 İyul 2026
51
14:55 / 31 İyul 2026
56
14:29 / 31 İyul 2026
78
14:12 / 31 İyul 2026
77
13:53 / 31 İyul 2026
83
13:35 / 31 İyul 2026
80
13:25 / 31 İyul 2026
92
13:12 / 31 İyul 2026
101
13:07 / 31 İyul 2026
72
13:01 / 31 İyul 2026
72
12:55 / 31 İyul 2026
85
12:52 / 31 İyul 2026
84
12:50 / 31 İyul 2026
111
12:47 / 31 İyul 2026
79
12:40 / 31 İyul 2026
84
12:38 / 31 İyul 2026
504
12:20 / 31 İyul 2026
99
12:18 / 31 İyul 2026
429
12:12 / 31 İyul 2026
198
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.