Həbsxanadan skuterlə qaçan Gündüz haqda ŞOK FAKTLAR
09 Noyabr 2026, 12:27
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
303
31.07.2026, 11:00
İran ordusu Küveytdə yerləşən Əhməd əl-Cabir hərbi bazasında ABŞ-a məxsus strateji obyektlərə kamikadze pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirdiyini açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə İranın rəsmi IRNA agentliyi Ordunun İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ ordusunun İrana qarşı son hücumlarına və Qəşm adasında yaşayış evinə edilən zərbəyə cavab olaraq Əhməd əl-Cabir bazasında yerləşən döyüş təyyarələrinin sığınacaqları, peyk rabitə sistemləri və avadanlıq anbarları kamikadze PUA-ların hədəfinə çevrilib.
İran ordusu bildirib ki, Əhməd əl-Cabir bazası ABŞ-ın hava və müşahidə əməliyyatlarında mühüm rol oynayır və eyni zamanda Amerika ordusunun əsas hava təminat mərkəzlərindən biri hesab olunur.
Ordunun İctimaiyyətlə Əlaqələr İdarəsi Qəşm adasında mülki yaşayış evlərinə edilən hücumu pisləyərək bunu beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və müharibə cinayəti kimi qiymətləndirib. Qurum bəyan edib ki, bu cür hücumlar, sanksiyalar və təhdidlər İranı müdafiə fəaliyyətində daha da birləşdirir.
Bəyanatda həmçinin qeyd olunub ki, İran ordusu və SEPAH-ın genişmiqyaslı hücumları nəticəsində İranın pilotsuz uçuş aparatları və raketlərinin qarşısının alınması ABŞ üçün müasir hava hücumundan müdafiə sistemlərinə baxmayaraq daha çətin və baha başa gəlir. İddia olunub ki, ABŞ itkilər və dağıntılar barədə məlumatların yayılmasının qarşısını almaq üçün ciddi senzura tətbiq edir.
12:40 / 09 Noyabr 2026
66
12:27 / 09 Noyabr 2026
73
12:15 / 09 Noyabr 2026
156
12:03 / 09 Noyabr 2026
584
11:56 / 09 Noyabr 2026
96
11:56 / 09 Noyabr 2026
126
11:43 / 09 Noyabr 2026
96
11:37 / 09 Noyabr 2026
208
11:34 / 09 Noyabr 2026
97
11:30 / 09 Noyabr 2026
84
11:22 / 09 Noyabr 2026
101
11:09 / 09 Noyabr 2026
232
11:05 / 09 Noyabr 2026
142
10:55 / 09 Noyabr 2026
201
10:51 / 09 Noyabr 2026
395
10:44 / 09 Noyabr 2026
173
10:38 / 09 Noyabr 2026
236
10:30 / 09 Noyabr 2026
136
10:27 / 09 Noyabr 2026
122
10:10 / 09 Noyabr 2026
201
10:09 / 09 Noyabr 2026
227
10:00 / 09 Noyabr 2026
254
09:36 / 09 Noyabr 2026
1410
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.