Üçrəngli ucalıq - Turan Etibaroğlu yazır...
09 Noyabr 2026, 12:40
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
335
31.07.2026, 12:47
“Azərbaycan Məşvərətçi Görüş formatının fəal üzvü olacaq”.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə bildirib.
Prezident bildirib ki, Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.
“2015-ci ilin əvvəlindən bu həftəyədək, yəni son üç il yarım ərzində mən qardaş Mərkəzi Asiya ölkələrinə ümumilikdə 16 dəfə səfər etmişəm. Bu müddətdə həmkarlarım isə Azərbaycana 26 dəfə səfər ediblər. Bu statistika münasibətlərimizin dinamikasını, yaxınlığını və bu gün Mərkəzi Asiya ilə Azərbaycanın artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrildiyini ən yaxşı şəkildə göstərir. Həmçinin qeyd etmək istərdim ki, bu gün ilk dəfədir Məşvərətçi Görüşdə bu formatın tamhüquqlu üzvü kimi iştirak edirəm. Fürsətdən istifadə edərək, ötən il Özbəkistanda Azərbaycanın bu qrupa tamhüquqlu üzv kimi daxil edilməsi barədə tarixi qərar qəbul etdiklərinə görə Mərkəzi Asiya dövlət başçılarına bir daha təşəkkürümü bildirirəm. Əvvəllər bu görüşlərdə fəxri qonaq qismində iştirak edirdim, indi isə artıq komandanın tamhüquqlu üzvü kimi iştirak edirəm. Bütün həmkarlarıma bir daha təşəkkür edirəm.
Sizi əmin etmək istəyirəm ki, Azərbaycan Məşvərətçi Görüş formatının fəal üzvü olacaq və öz növbəsində əməkdaşlığın daha da genişlənməsi, ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsi üçün bütün səylərini əsirgəməyəcək”, - deyə dövlət başçısı qeyd edib.
12:40 / 09 Noyabr 2026
1
12:27 / 09 Noyabr 2026
50
12:15 / 09 Noyabr 2026
114
12:03 / 09 Noyabr 2026
503
11:56 / 09 Noyabr 2026
86
11:56 / 09 Noyabr 2026
113
11:43 / 09 Noyabr 2026
80
11:37 / 09 Noyabr 2026
188
11:34 / 09 Noyabr 2026
85
11:30 / 09 Noyabr 2026
76
11:22 / 09 Noyabr 2026
93
11:09 / 09 Noyabr 2026
215
11:05 / 09 Noyabr 2026
130
10:55 / 09 Noyabr 2026
188
10:51 / 09 Noyabr 2026
383
10:44 / 09 Noyabr 2026
164
10:38 / 09 Noyabr 2026
222
10:30 / 09 Noyabr 2026
127
10:27 / 09 Noyabr 2026
115
10:10 / 09 Noyabr 2026
193
10:09 / 09 Noyabr 2026
216
10:00 / 09 Noyabr 2026
247
09:36 / 09 Noyabr 2026
1395
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.