Qaynar xətt:

(+99450) 247 90 86

Zaur Şükürov: Səfirlərin rotasiyası müsbət nəticə verəcək

Zaur Şükürov: Səfirlərin rotasiyası müsbət nəticə verəcək

SİYASƏT

67

31.07.2026, 15:45

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin diplomatik nümayəndəlikləri ilə bağlı bir sıra mühüm sərəncamlar imzalayıb

 Oxu24.comxəbər verdiyi kimi, dövlətimizin başçısı ölkəmizin Türkiyə və Özbəkistandakı diplomatik nümayəndəliklərinə yeni səfirlərin təyin edilməsi ilə bağlı sərəncamlar imzalayıb. Rəşad Məmmədov Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılaraq, Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezidentin imzaladığı başqa bir sərəncamla Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın İtaliyada, eyni zamanda Malta və San Marinoda fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb. Dövlət başçısının sərəncamı ilə Rəşad Aslanov Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Rəşad Aslanov, həmçinin Azərbaycanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifəsindən azad edilib. Diplomatik korpusun digər mühüm istiqamətlərində də rotasiya həyata keçirilib. Nərminə Mustafayeva Azərbaycanın İstanbuldakı baş konsulu və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatındakı daimi nümayəndəsi vəzifələrindən azad edilib. Onun yerinə indiyədək Azərbaycanın Qars şəhərində baş konsulu olmuş Zamin Əliyev təyin edilib. Qarsdakı baş konsul vəzifəsi isə Qoşqar Zeynalova həvalə olunub.

Azərbaycan diplomatları və ailə üzvləri üçün güzəştlər III oxunuşda qəbul edilibPrezident İlham Əliyevin imzaladığı son sərəncamlarla ölkənin diplomatik korpusunda digər mühüm kadr dəyişiklikləri də baş tutub. Sərəncamlara əsasən, Azərbaycan Respublikasının İtaliya, Tacikistan və Qazaxıstanda yeni səfirləri təyin edilib. Prezident Esmira Firudin qızı Cəfərovanı Azərbaycan Respublikasının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edib. Macarıstandakı sabiq səfirimiz Tahir Tofiq oğlu Tağızadə isə Azərbaycan Respublikasının Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Serbiya Respublikasında, eyni zamanda Monteneqroda və Şimali Makedoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılan Kamil Tacid oğlu Xasiyev Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezident İlham Əliyev Rövşən Nüsrət oğlu Sadıqbəylinin Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilməsi haqqında Sərəncam imzalayıb. Prezident İlham Əliyevin digər Sərəncamı ilə Qalib Malik oğlu İsrafilov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb. Göründüyü kimi, rotasiya Türkiyə, Avropa, Mərkəzi Asiya və digər digər ölkələri, beynəlxalq təşkilatları əhatə edir.

Bəzi müşahidəçilərin fikrincə, bu sərəncamlar roitasiyadan fərqli dəyişikliyə də bənzəyir. İstisna olunmur ki, diplomatik nümayəndəliklərdə dəyişikliklər davam etdiriləcək.

Deputat: 2026-cı ilin büdcə layihəsində hədəflər düzgün müəyyənləşdirilib

Milli Məclisin deputatı, uzun illər diplomatik sahədə çalışmış, Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəri olmuş Zaur Şükürov Oxu24.com-a bu barədə açıqlama verib. “Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərancamları ilə beynəlxalq münasibətlər sistemində mövcud praktikaya uyğun, həmçinin rotasiya qaydasında bir sıra ölkələrdə səfirlərimiz və Baş konsullarımız təyin olunublar. Yeni təyinat almış diplomatlarımız bu sahədə uzun müddət səmərəli fəaliyyət göstərmiş əməkdaşlardır. Bu baxımdan, Azərbaycanla həmin dövlətlər arasında mövcud əlaqələrin inkişafında qeyd olunan amilin müsbət rol oynayacağını deyə bilərik” deyə, o bildirib.  

Z.Şükürov diplomatik korpusdakı dəyişiklikləri zəruri edən mətləblərdən danışarkən digər məqamlara da diqqət çəkib: “Son dövrlər ikitərəfli və çoxtərəfli məsələlər, habelə gündəlikdə duran, eyni zamanda problemli mövzularla bağlı ölkə liderləri arasında birbaşa dialoq, “telefon diplomatiyası” və digər vasitələrlə müzakirələrin həyata keçirildiyini müşahidə edirik və bu təcrübə dövlətlərarası münasibətlərin inkişafı, habelə müəyyən problemlərin çözülməsində operativliyin təmin edilməsində əhəmiyyətli məqamlardandır. Ölkəmizin timsalında bu məsələyə nəzər yetirsək, 44 günlük Vətən müharibəsi, 2023-cü ildə birgünlük antiterror tədbirləri zamanı və Prezident cənab İlham Əliyevin heyrətamiz sərkərdəliyi, şəhidlərimizin, qazilərimizin, silahlı qüvvələrimizin misilsiz qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad olunduqdan sonra, şəxsən ölkə başçısının istər hərbi-siyasi, diplomatik, istərsə də media müstəvisində nümayiş etdirdiyi qeyri-adi liderlik bacarığı dövlətimizin maraqlarının qorunmasında, beynəlxalq müstəvidə nüfuzunun davamlı şəkildə artmasında əvəzsiz rol oynadı. Məhz bunun nəticəsidir ki, Azərbaycan dünya miqyasında orta güc olaraq qəbul edilir. Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunun açılışında çıxışı zamanı, orta güc dövlətlərə xas olan əsas meyarlara diqqət çəkib. Prezidentimizin qeyd etdiyi meyarlar - ölkənin potensialının, böyük güclərin necə düşündüyü və ya etdiyindən asılı olmayaraq, onun öz milli maraqlarını müdafiə etmək bacarığının, əgər kimsə sizə zərər vurmaq istəyirsə, bütün potensialınızla müqavimət göstərmək qabiliyyətinin etiraf olunması, müdafiə qabiliyyətinin, təkcə hərbi paradda deyil, döyüş meydanında da nümayiş etdirilməsi, hüdudlarınızdan kənarda baş verən hadisələrə təkcə bir sözünüzlə və ya bəyanatınızla təsir göstərmək qabiliyyəti, ölkə daxilində və müəyyən dərəcədə bütöv regionda baş verənlərə görə olan məsuliyyət. Dövlətimizin məhz bu kimi meyarlar əsasında orta güc kimi qəbul edilməsi, heç şübhəsiz Prezidentimizin son dərəcə uğurlu xarici siyasət strategiyası nəticəsində mümkün olub”.

Milli Məclis üzvünün vuğruladığı digər məqama gəldikdə, bildirdi ki, müxtəlif beynəlxalq tədbirlərdə, o cümlədən beyin mərkəzlərinin, medianın təmsilçilərinin iştirakı ilə baş tutan görüşlərdə ölkə başçısının səsləndirdiyi tezislər, mesajlar ikitərəfli gündəlikdə duran mövzular, habelə problemli məsələlərə aydınlıq gətirilməsi baxımından əhəmiyyətli rol oynayıb: “Son dövrlərin təcrübəsi göstərir ki, Azərbaycan nümunəsində ardıcıl və intensiv xarakter daşıyan bu yanaşma diplomatik münasibətlər sistemində tətbiq edilən səmərəli metod olaraq qiymətləndiməlidir. Sadalanan məqamlarla yanaşı heç şübhəsiz, Prezident cənab İlham Əliyevin milli maraqlarımızın təmin edilməsi məqsədilə diplomatik xidmət orqanlarımızın qarşısında qoyduğu vəzifələrin səmərəli və operativ şəkildə həyata keçirilməsində xaricdəki diplomatik nümayəndəliklərimizə rəhbər təyin edilən şəxslərin peşəkarlığı mühüm rol oynayan amillərdəndir. İnanırıq ki, qardaş Türkiyə, Özbəkistan, Qazaxıstan, Serbiya, Macarıstan, İtaliya, Avstriya, Cenevrə və qeyd etmədiyim digər yerlərə təyinat alan diplomatlarımız uzun illər ərzində qazandıqları təcrübə və peşəkarlıqları sayəsində Prezidentimizin uğurlu xarici siyasət kursunu müvəffəqiyyətlə həyata keçirəcəklər. Bu təyinatlar münasibəti ilə səfir və Baş konsullarımızı ürəkdən təbrik edir, möhkəm cansağlığı və fəaliyyətlərində davamlə uğurlar arzulayıram”.