Həkimlərin sertifikasiyası ilə bağlı yeniliklər olacaq
29 İyul 2026, 12:13
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
54
29.07.2026, 10:50
Cəmiyyətdə ürək sağlamlığını qorumaq və ya ürək əzələsini “qüvvətləndirmək” üçün müxtəlif preparatlardan istifadə olunması geniş yayılmış hallardan biridir. Bəzi insanlar həkim məsləhəti olmadan bu növ dərmanların ürəyə xüsusi fayda verdiyini düşünərək onlara müraciət edirlər. Lakin mütəxəssislər bildirirlər ki, elmi əsası olmayan bu vasitələr gözlənilən nəticəni vermir və yalnız qısamüddətli metabolik dəyişikliklərlə kifayətlənir. Hətta inkişaf etmiş ölkələrin təbabətində bu cür preparatların tətbiqindən uzun müddətdir ki, imtina edilib. Ürəyin əsl sağlığı isə dərman qutularında değil, düzgün həyat tərzində və vaxtında aparılan müayinələrdə gizlənir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən həkim-kardioloq Kənan Əhmədov bildirib ki, “ürək qidalandırıcısı” adlandırılan dərmanların mövcudluğu sadəcə bir mifdir:
“Çoxumuz 'ürək üçün xüsusi qidalandırıcı və qüvvətləndirici dərmanlar varmı?' sualı ilə qarşılaşmışıq. Əslində, belə dərmanların mövcudluğu sadəcə bir mifdir. Bəzi dərmanlar ürək qidalandırıcısı kimi tanınsa da, onların təsiri yalnız qısamüddətli metabolik proseslərin aktivləşməsi ilə məhdudlaşır və ciddi elmi əsasları yoxdur”.
O qeyd edib ki, məsələn, ATF və Riboksin postsovet ölkələrində geniş istifadə olunsa da, inkişaf etmiş ölkələrdə bu dərmanlardan istifadə edilmir. Hətta bəzi preparatlar — məsələn, Mildronat idmançılar üçün qadağan olunmuş maddələr siyahısına daxildir. L-Karnitin isə yalnız xüsusi vəziyyətlərdə faydalı ola bilər.
Sonda o xəbərdarlıq edib ki, unutmayın, ürəyinizin sağlamlığı düzgün həyat tərzi, balanslı qidalanma və mütəmadi həkim müayinələri ilə qorunur. Hər zaman mütəxəssislərə müraciət edin!
12:20 / 29 İyul 2026
1
12:13 / 29 İyul 2026
20
12:10 / 29 İyul 2026
32
12:00 / 29 İyul 2026
35
11:40 / 29 İyul 2026
50
11:36 / 29 İyul 2026
49
11:36 / 29 İyul 2026
228
11:30 / 29 İyul 2026
51
11:15 / 29 İyul 2026
59
11:11 / 29 İyul 2026
87
10:53 / 29 İyul 2026
56
10:50 / 29 İyul 2026
57
10:48 / 29 İyul 2026
695
10:45 / 29 İyul 2026
61
10:37 / 29 İyul 2026
263
10:35 / 29 İyul 2026
76
10:35 / 29 İyul 2026
62
10:25 / 29 İyul 2026
156
10:17 / 29 İyul 2026
66
10:11 / 29 İyul 2026
68
10:10 / 29 İyul 2026
216
10:04 / 29 İyul 2026
82
09:54 / 29 İyul 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.