“Qaraciyər yağlanması siroz riskini artırır” – Mütəxəssis xəbərdarlıq edir
29 İyul 2026, 12:10
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
58
29.07.2026, 10:35
Mədə kiçiltmə (bariatrik) əməliyyatı keçirən bəzi pasiyentlər bir neçə il keçdikdən sonra itirdikləri çəkini təkrar geri toplamaq problemi ilə qarşılaşırlar. Hətta bəzi hallarda pasiyentlər 15-25 kiloqramadək artıq çəki yığırlar. Əməliyyatla mədə həcmi kiçildildiyi halda bu çəkinin hansı səbəblərdən geri qayıtması bir çoxlarını düşündürən əsas suallardandır. Mütəxəssislər bildirirlər ki, bu prosesdə mədənin ölçüsündən daha çox pasiyentlərin əməliyyatdan sonra mənimsədikləri qidalanma və həyat tərzi vərdişləri həlledici rol oynayır. Müəyyən olunmuş 5 ana faktor bu çəki artımının əsas səbəbi kimi göstərilir.
Mövzu ilə bağlı Oxu24.com-a bariatrik metabolik cərrah, PhD, Dr. Fərid Rəfiyev məlumat verib.
Həkim çəkinin geri qayıtmasına təsir edən 5 əsas faktoru belə izah edib:
1.Sulu, şirin içkilər: Şirələr, kolalar, fantalar və digər yüksək kalorili şirin içkilər ən böyük problemlərdən biridir. Bu zaman kalori balanslaşdırılmış şəkildə daxil olmaqla yanaşı, orqanizmə ciddi şəkildə artıq kalori qazandırır. Şirin içkilər mədədə ləngimədən bilavasitə bağırsağa keçdiyi üçün toxluq hissi yaratmır və çəki artımına gətirib çıxarır.
2.Tez-tez atışdırmalar: Gün ərzində 2-3 dəfə nizamlı yemək yemək əvəzinə, pasiyentlər gün boyu fasiləsiz atışdırmalarla vaxt keçirməyə çalışırlar. Bu vərdiş nəticədə orqanizmdə artıq kalorilərin toplanmasına səbəb olur.
3.Aktiv həyat tərzinin olmaması: Oturaq həyat tərzi keçirən və fiziki aktivliyə meylli olmayan pasiyentlərdə kalorilərin balansı pozulur, bu da çəkinin bərpa olunmasını sürətləndirir.
4.Emosional yemələr: Ciddi stres və gərginlik yaşayan pasiyentlər emosional vəziyyətlərini kompensasiya etmək üçün yenə də atışdırmalara və yeməklərə üz tuturlar.
Həkim sonda qeyd edib ki,ən vacib məqamlardan biri də gündəlik qidalanmada zülal azlığıdır. Əməliyyatdan sonra ət, yumurta və digər protein mənbələrinin gündəlik qəbulu mütləq şərt hesab olunur.
12:00 / 29 İyul 2026
1
11:40 / 29 İyul 2026
47
11:36 / 29 İyul 2026
45
11:36 / 29 İyul 2026
161
11:30 / 29 İyul 2026
46
11:15 / 29 İyul 2026
51
11:11 / 29 İyul 2026
81
10:53 / 29 İyul 2026
53
10:50 / 29 İyul 2026
53
10:50 / 29 İyul 2026
50
10:48 / 29 İyul 2026
591
10:45 / 29 İyul 2026
59
10:37 / 29 İyul 2026
248
10:35 / 29 İyul 2026
71
10:25 / 29 İyul 2026
149
10:17 / 29 İyul 2026
62
10:11 / 29 İyul 2026
66
10:10 / 29 İyul 2026
195
10:04 / 29 İyul 2026
78
09:54 / 29 İyul 2026
59
09:50 / 29 İyul 2026
410
09:43 / 29 İyul 2026
71
09:40 / 29 İyul 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.