Gənclər arasında bu psixoloji pozuntu sürətlə yayılır — "Borderline" nədir?
28 İyul 2026, 12:30
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
71
28.07.2026, 12:45
Ağırlaşan həyat ritmi və müasir texnologiyalar gənclərin, xüsusən də yeniyetmələrin sağlığına mənfi təsir göstərməkdə davam edir. Rəsmi statistik göstəricilər də son illərdə eşitmə problemi yaşayanlar arasında yeniyetmələrin xüsusi çəkiyə sahib olduğunu göstərir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, təkcə ötən il 11-17 yaşlı uşaqlar arasında eşitmə qabiliyyəti qismən məhdud olanların sayı 987 nəfərə çatıb. Mütəxəssislər bildirir ki, daimi qulaqlıqlardan istifadə, səs küyü mühit və iltihabi xəstəliklər bu yaş qrupunda eşitmə zəifliyinin əsas səbəbləri sırasındadır. Bu baxımdan gənclərin və uşaqların müntəzəm həkimsəl müayinələrdən keçməsi böyük əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı Qulaq-Burun-Boğaz və Baş-Boyun Cərrahı Uzman Dr. Məmməd Nəbiyev Oxu24.com-a açıqlamasında bildirib ki, qulaqlıqlardan mütəmadi istifadə eşitmə zəifliyinə gətirib çıxarır:
"Qulaqlıqdan mütəmadi istifadə edən yeniyetmələrdə eşitmə zəifliyi özünü kəskin şəkildə büruzə verir. Belə ki, qulağı tıxayan istənilən əşya bir müddət sonra nəm yaradır və qulaq göbələyinin yaranmasına gətirib çıxara bilir. Bu da eşitmə zəifliyini yaradan əsas amillərdəndir”.
Həkimin sözlərinə görə, eyni zamanda anadangəlmə eşitmə azlığı ilə doğulan uşaqlar da var ki, bunun səbəbləri müxtəlifdir. Kanalda doğum mayesi toplana bilər, qulaq kanalında iltihabi proses, darlıq, atreziya və ya qulaq pərdəsində dəlik, orta qulaqda maye yığıntısı ola bilər. İç qulaqdakı səbəblər isə genetik ola bilər və ya hətta iç qulaq heç olmaya da bilər:
“Anadangəlmə qulaq kanalı darlığı cərrahi müdaxilə ilə, tıxac, yad cisim və iltihab kimi problemlər isə müalicə yolu ilə həll olunur”,- deyə o vurğulayıb.
14:32 / 28 İyul 2026
4
14:31 / 28 İyul 2026
1
14:30 / 28 İyul 2026
12
14:14 / 28 İyul 2026
36
14:11 / 28 İyul 2026
38
13:55 / 28 İyul 2026
41
13:40 / 28 İyul 2026
48
13:20 / 28 İyul 2026
62
12:59 / 28 İyul 2026
71
12:55 / 28 İyul 2026
76
12:50 / 28 İyul 2026
517
12:46 / 28 İyul 2026
159
12:35 / 28 İyul 2026
78
12:30 / 28 İyul 2026
78
12:20 / 28 İyul 2026
351
12:15 / 28 İyul 2026
79
12:12 / 28 İyul 2026
82
12:04 / 28 İyul 2026
334
11:59 / 28 İyul 2026
82
11:59 / 28 İyul 2026
145
11:59 / 28 İyul 2026
79
11:41 / 28 İyul 2026
676
11:40 / 28 İyul 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.