Qızıl ucuzlaşdı
24 Oktyabr 2026, 13:54
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
367
28.07.2026, 14:30
Prezident İlham Əliyev Milli Məclisin iyulun 13-də qəbul etdiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
President.az xəbər verir ki, dəyişiklik Azərbaycanda neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor təmsilçilərinə ƏDV-nin depozit hesabından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) vəsait köçürmək imkanının yaradılmasını nəzərdə tutur.
Sözügedən yenilik 2027-ci il yanvarın 1-dən 4 il müddətinə qüvvədə olacaq, onun şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Qanun vergi ödəyicilərinin ƏDV depozit hesablarında olan vəsaitlərdən istifadə imkanlarının artırılmasına, sosial öhdəliklərin icrası üçün isə əlavə maliyyə mənbələrinin yaradılmasına, son nəticədə qeyri neft-qaz özəl sektorda fəaliyyət göstərən vergi ödəyicilərinin dəstəklənməsinə xidmət edəcək.
Dövlət başçısı həmçinin yeni Vergi Məcəlləsinin tətbiq edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti Məcəllənin 175.8-ci maddəsinə uyğun olaraq, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri tərəfindən əlavə dəyər vergisinin depozit hesabından dövlət sosial müdafiə fonduna vəsaitin köçürülməsi qaydasını və şərtlərini üç ay müddətində təsdiq edib Prezidentə məlumat verməli, yeni qanundan irəli gələn digər məsələləri həll etməlidir.
23:16 / 24 Oktyabr 2026
152
22:52 / 24 Oktyabr 2026
118
22:34 / 24 Oktyabr 2026
111
22:14 / 24 Oktyabr 2026
86
22:05 / 24 Oktyabr 2026
286
21:42 / 24 Oktyabr 2026
1828
21:28 / 24 Oktyabr 2026
96
21:12 / 24 Oktyabr 2026
95
21:07 / 24 Oktyabr 2026
94
20:52 / 24 Oktyabr 2026
92
20:34 / 24 Oktyabr 2026
96
20:31 / 24 Oktyabr 2026
951
20:12 / 24 Oktyabr 2026
103
20:05 / 24 Oktyabr 2026
106
19:55 / 24 Oktyabr 2026
97
19:40 / 24 Oktyabr 2026
97
19:09 / 24 Oktyabr 2026
134
18:55 / 24 Oktyabr 2026
93
18:40 / 24 Oktyabr 2026
110
18:27 / 24 Oktyabr 2026
102
18:20 / 24 Oktyabr 2026
439
18:13 / 24 Oktyabr 2026
668
18:07 / 24 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.