Göz təzyiqinin normal olması sizi aldatmasın! – HƏKİM DANIŞDI
09 Noyabr 2026, 17:57
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
918
04.07.2026, 21:13
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında mürəkkəb və yüksək peşəkarlıq tələb edən unikal rekonstruktiv burun əməliyyatı uğurla icra olunub.
Əməliyyat ATU-nun Ağız, üz və çənə cərrahlığı kafedrasının müdiri, professor Çingiz Rəhimovun rəhbərliyi altında plastik, estetik və rekonstruktiv cərrahiyyə üzrə rezident, tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov tərəfindən həyata keçirilib.
67 yaşlı pasiyent öz iti tərəfindən dişlənməsi nəticəsində burnunun böyük hissəsini itirib. Xəstə ilkin olaraq başqa tibb müəssisəsində əməliyyat olunsa da, replante edilmiş toxumada tam nekroz inkişaf edib və cərrahi müdaxilə uğursuz nəticələnib.
Hadisədən 46 gün sonra geniş toxuma defekti ilə Tədris Cərrahiyyə Klinikasına müraciət edən pasiyent üzərində Dilqəm Məhərrəmov tərəfindən çoxmərhələli rekonstruktiv əməliyyat həyata keçirilib.
Əməliyyat zamanı rekonstruktiv cərrahiyyənin ən mürəkkəb texnikalarından sayılan paramedian forehead flap, autogen kompozit qreft və qabırğa qığırdağı kombinasiyasından istifadə olunub. Pasiyentin uzunmüddətli intensiv siqaret istifadəsi, yaşı və əvvəlki uğursuz cərrahi müdaxilə əməliyyatın riskini xeyli artırsa da, Dilqəm Məhərrəmovun icra etdiyi mürəkkəb rekonstruksiya uğurla başa çatdırılıb.
Aparılan rekonstruksiya nəticəsində təkcə burnun estetik görünüşü deyil, həm də pasiyentin xarici tənəffüs funksiyası tam bərpa olunub. Bu nəticə rekonstruktiv cərrahiyyədə həm funksional, həm də estetik baxımdan yüksək mürəkkəblik daşıyan uğurlu əməliyyat kimi qiymətləndirilir.
05:37 / 10 Noyabr 2026
74
05:27 / 10 Noyabr 2026
73
04:34 / 10 Noyabr 2026
98
04:12 / 10 Noyabr 2026
121
02:34 / 10 Noyabr 2026
139
02:02 / 10 Noyabr 2026
134
01:30 / 10 Noyabr 2026
266
01:19 / 10 Noyabr 2026
420
01:00 / 10 Noyabr 2026
187
00:25 / 10 Noyabr 2026
794
00:20 / 10 Noyabr 2026
149
00:14 / 10 Noyabr 2026
384
00:08 / 10 Noyabr 2026
142
23:52 / 09 Noyabr 2026
241
23:52 / 09 Noyabr 2026
2013
23:48 / 09 Noyabr 2026
149
23:42 / 09 Noyabr 2026
366
23:37 / 09 Noyabr 2026
416
23:32 / 09 Noyabr 2026
175
23:28 / 09 Noyabr 2026
187
23:23 / 09 Noyabr 2026
148
23:17 / 09 Noyabr 2026
234
23:12 / 09 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.