Burun çəpəri əyriliyi hər zaman əməliyyat tələb edirmi? — Həkim AÇIQLAMASI
06 İyul 2026, 22:26
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
330
02.07.2026, 12:12
Tük dönməsi bir çox insanın gündəlik həyat keyfiyyətinə təsir edən, ağrı, qızartı və bəzən ciddi iltihabla müşayiət olunan geniş yayılmış dəri problemlərindən biridir. Xüsusilə ayaq, qoltuqaltı, bikini və saqqal nahiyəsində rast gəlinən bu problem əksər hallarda yanlış qulluq vərdişlərindən qaynaqlanır.
Dermatoloq Aynur Bədavi Oxu24.com-a açıqlamasında bildirib ki, tük dönməsinin qarşısını almaq üçün ilk növbədə onun yaranma mexanizmini anlamaq vacibdir.
Onun sözlərinə görə, normal şəraitdə tük dərinin səthinə doğru uzanaraq xaricə çıxır. Lakin müxtəlif səbəblərdən tük dəri səthini keçə bilmir və yenidən dərinin içinə doğru inkişaf etməyə başlayır. Bu isə qızartı, şişkinlik, ağrı və bəzən irinli iltihablarla nəticələnir.
Mütəxəssis tük dönməsinə səbəb olan ən çox rast gəlinən beş səhvi açıqlayıb.Ən böyük yanlışlardan biri tüklərin ülgüclə həddindən artıq dibdən qırxılmasıdır. Dərinin səthindən çox aşağı səviyyədə kəsilən tük yenidən uzanmağa başladıqda xaricə çıxmaq əvəzinə dərinin altında qalır və içəriyə doğru böyüyür. Bu da tük dönməsi riskini əhəmiyyətli dərəcədə artırır.İkinci ciddi səhv quru dəridə təraş aparılmasıdır. Quru dəri daha həssas olduğu üçün burada mikrotravmalar və qıcıqlanmalar daha çox baş verir. Bu səbəbdən təraşdan əvvəl dərinin nəmləndirilməsi, xüsusi təraş köpüyü və ya kremlərdən istifadə olunması vacib hesab edilir.
Aynur Bədavi qeyd edir ki, üçüncü problem dəriyə müntəzəm qulluq edilməməsidir. İnsan dərisinin üst təbəqəsi – epidermis – təxminən hər 28 gündən bir yenilənir. Əgər ölü hüceyrələr vaxtında təmizlənməzsə, onlar dəri səthində qalın təbəqə yaradır və tüklərin normal şəkildə çıxmasına mane olur. Nəticədə tük yenidən dərinin daxilinə doğru istiqamətlənir.Bu səbəbdən həftədə bir və ya iki dəfə yumşaq pilinq prosedurlarının aparılması tük dönməsi riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Mütəxəssisin diqqət çəkdiyi digər mühüm məqam isə dar və bədənə həddindən artıq yapışan geyimlərin istifadəsidir. Xüsusilə cins şalvarlar, dar lasinlər və sintetik materiallardan hazırlanmış geyimlər dəridə sürtünməni artıraraq tüklərin istiqamətini dəyişdirə bilir. Bud və bikini nahiyəsində tük dönmələrinin daha çox müşahidə olunmasının əsas səbəblərindən biri də məhz budur.
Beşinci və ən təhlükəli səhvlərdən biri isə dönmüş tükləri sıxmaq, iynə və digər alətlərlə qurdalamaqdır. Bu müdaxilələr tükün daha da dərinə getməsinə, əlavə bakterial infeksiyanın yaranmasına və sonradan qalıcı ləkə və çapıqların əmələ gəlməsinə səbəb ola bilər.
Dermatoloq bildirir ki, belə hallarda mütəxəssisə müraciət etmək ən doğru seçimdir.
Aynur Bədavinin sözlərinə görə, tük dönməsinin qarşısını almağın ən effektiv yollarından biri lazer epilyasiya prosedurlarından istifadə etməkdir. Lazer tüklərin qalınlığını və sıxlığını azaltdığı üçün onların dəri daxilində böyümə ehtimalını minimuma endirir.Bundan əlavə, təraş zamanı tüklərin çıxma istiqamətinə uyğun şəkildə qırxılması, eyni nahiyənin bir neçə dəfə təkrarlanmaması, dərinin əvvəlcədən nəmləndirilməsi və prosedurdan sonra nəmləndirici vasitələrin tətbiqi də mühüm profilaktik tədbirlər sırasındadır.
Mütəxəssis vurğulayır ki, tük dönməsi sadə kosmetik problem kimi qiymətləndirilməməlidir. Müalicə olunmayan hallarda iltihab dərinləşə, ağrılı düyünlər yarana və uzunmüddətli estetik problemlərə səbəb ola bilər.Bu səbəbdən dəriyə düzgün qulluq, sağlam gigiyena vərdişləri və vaxtında dermatoloq məsləhəti tük dönməsinin qarşısını almağın ən effektiv yolları hesab olunur.
Nigar
00:44 / 07 İyul 2026
115
00:18 / 07 İyul 2026
485
00:16 / 07 İyul 2026
115
00:12 / 07 İyul 2026
114
00:10 / 07 İyul 2026
229
00:02 / 07 İyul 2026
109
23:56 / 06 İyul 2026
213
23:56 / 06 İyul 2026
112
23:46 / 06 İyul 2026
510
23:41 / 06 İyul 2026
208
23:32 / 06 İyul 2026
233
23:08 / 06 İyul 2026
985
23:02 / 06 İyul 2026
482
22:53 / 06 İyul 2026
108
22:41 / 06 İyul 2026
222
22:36 / 06 İyul 2026
529
22:32 / 06 İyul 2026
104
22:26 / 06 İyul 2026
95
22:15 / 06 İyul 2026
131
22:05 / 06 İyul 2026
89
22:05 / 06 İyul 2026
98
22:00 / 06 İyul 2026
103
21:53 / 06 İyul 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.