Qalxanabənzər vəzdə düyün: Hər zaman xərçəng deyil - Həkim AÇIQLADI
27 İyul 2026, 15:20
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
481
29.06.2026, 16:08
Bel nahiyəsində yaranan ağrılar əksər hallarda yorğunluq və ya gündəlik gərginliklə əlaqələndirilsə də, bəzi simptomlar ciddi nevroloji problemlərin xəbərçisi ola bilər.
Nevroloq Ruhiyyə İbrahimli Oxu24.com-a açıqlamasında bildirib ki, bel ağrısının ayaqlara yayılması, hərəkətin məhdudlaşması və hissiyyat pozğunluqları fəqərəarası disk yırtığının əsas əlamətlərindən hesab olunur.
Mütəxəssisin sözlərinə görə, insanların çoxu ilkin əlamətləri nəzərə almır və həkimə gec müraciət edir:
“Əgər insan corabını geyinməkdə çətinlik çəkirsə, belini əyərkən ağrı güclənirsə, hərəkət imkanları məhdudlaşırsa və ağrı ayaqlara doğru yayılırsa, bu, artıq adi bel yorğunluğu və ya sadə əzələ ağrısı deyil. Belə hallarda mütləq mütəxəssis müayinəsi lazımdır.”
Ruhiyyə İbrahimli qeyd edir ki, bu problemlər daha çox oturaq həyat tərzi keçirən insanlarda müşahidə olunur:
“Uzun müddət masa arxasında çalışanlar, günün böyük hissəsini avtomobil idarə edən sürücülər, fiziki aktivliyi az olan şəxslər və idman zamanı düzgün hərəkət texnikasına əməl etməyən insanlar risk qrupuna daxildir. Bu insanlarda fəqərəarası disklərə düşən yük artır və zamanla müxtəlif problemlər ortaya çıxır.”
Nevroloqun sözlərinə görə, bel ağrısının xarakteri onun səbəbi barədə mühüm məlumat verir:
“Əgər beldə hərəkət önə, arxaya və yanlara doğru məhdudlaşıbsa, ağrı beldən başlayaraq omba və ayaqlara yayılırsa, bu artıq sinir köklərinin sıxılması ilə əlaqədar ola bilər. Belə hallarda insan yalnız ağrı deyil, müxtəlif hissiyyat dəyişiklikləri də yaşayır.”
Mütəxəssis ayaqlarda yaranan keyimə və digər simptomların xüsusilə diqqət tələb etdiyini vurğulayır:
“Ayaqlarda keyimə, iynə batma hissi, qarışqa gəzməsi, yanma, elektrik cərəyanı vururmuş kimi hisslər sinir sisteminin zədələndiyini göstərə bilər. Bu əlamətlər fəqərəarası disk yırtığının ən mühüm göstəricilərindən biridir.”
Ruhiyyə İbrahimli bildirir ki, gecələr insanı yuxudan oyadan bel ağrıları da ciddi xəbərdarlıq siqnalıdır:
“Əgər ağrılar gecə saatlarında artırsa və insanı yuxudan oyadırsa, bunu adi bel yorğunluğu kimi qiymətləndirmək olmaz. Belə vəziyyətlərdə nevroloji müayinə və müasir diaqnostik üsulların tətbiqi vacibdir.”
Mütəxəssis vaxtında müalicə olunmayan disk problemlərinin ağır nəticələrə gətirib çıxara biləcəyini də qeyd edib:
“Fəqərəarası disk yırtığı uzun müddət diqqətdən kənarda qalarsa, ayaqlarda zəiflik, hərəkət qabiliyyətinin azalması və hətta əzələ atrofiyası yarana bilər. Daha ağır hallarda sidik və nəcis ifrazı ilə bağlı problemlər də ortaya çıxa bilər ki, bu artıq təcili tibbi müdaxilə tələb edən vəziyyətdir.”
Nevroloqun sözlərinə görə, erkən diaqnoz bir çox hallarda cərrahi müdaxilənin qarşısını ala bilir:
“Xəstələr ağrını dözməklə və ya müxtəlif ağrıkəsicilərlə gizlətməyə çalışmamalıdırlar. Vaxtında müraciət edildikdə konservativ müalicə, fizioterapiya, xüsusi məşqlər və həyat tərzinin dəyişdirilməsi ilə problemin həlli mümkündür.”
Ruhiyyə İbrahimli sağlam onurğa üçün gündəlik vərdişlərin dəyişdirilməsinin vacibliyini də vurğulayıb:
“Uzun müddət eyni vəziyyətdə oturmamaq, müntəzəm hərəkət etmək, düzgün duruş qaydalarına əməl etmək və ağır əşyaları doğru texnika ilə qaldırmaq bel sağlamlığının qorunmasında mühüm rol oynayır. İdmanla məşğul olan şəxslər də hərəkətləri mütəxəssis nəzarəti altında yerinə yetirməlidirlər.”
Nevroloq sonda vətəndaşlara çağırış edərək bildirib ki, bel ağrılarını yüngül qəbul etmək düzgün deyil:
“Əgər ağrı ayaqlara yayılırsa, hissiyyat pozğunluğu yaranıbsa və gündəlik fəaliyyətinizə mane olursa, vaxt itirmədən nevroloqa müraciət edin. Erkən diaqnoz və düzgün müalicə gələcəkdə daha ağır fəsadların qarşısını almağın ən effektiv yoludur.”
Nigar
17:23 / 27 İyul 2026
65
17:07 / 27 İyul 2026
49
17:00 / 27 İyul 2026
50
16:42 / 27 İyul 2026
57
16:21 / 27 İyul 2026
60
16:18 / 27 İyul 2026
120
16:16 / 27 İyul 2026
70
15:59 / 27 İyul 2026
78
15:45 / 27 İyul 2026
76
15:21 / 27 İyul 2026
83
15:20 / 27 İyul 2026
85
15:17 / 27 İyul 2026
69
14:59 / 27 İyul 2026
83
14:34 / 27 İyul 2026
78
14:28 / 27 İyul 2026
70
14:04 / 27 İyul 2026
97
13:59 / 27 İyul 2026
102
13:55 / 27 İyul 2026
87
13:50 / 27 İyul 2026
99
13:47 / 27 İyul 2026
73
13:40 / 27 İyul 2026
108
13:30 / 27 İyul 2026
100
13:15 / 27 İyul 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.